Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nərimanov rayonu ərazisindəki mağazaların birində satıcının mobil telefonunu oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini M.Şahmarov saxlanılıb
28.02.2023
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 28-də rayon ərazisindəki mağazaların birində satıcının mobil telefonunu oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş M.Şahmarov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “KamAZ” markalı avtomobillə yolu keçən qəsəbə sakini H.Orucova vurulub
Fevralın 28-də saat 15 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini İ.İbrahimov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən həmyerlisi H.Orucovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
İmişli rayonunun Çaxırlı kəndi ərazisində “Mercedes” markalı yük avtomobili ilə yolu keçən kənd sakini C.Mehdiyev vurulub
Fevralın 28-də saat 12 radələrində İmişli rayonunun Çaxırlı kəndi ərazisində Zəngilan rayon sakini H.Hətəmxanov idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə yolu keçən kənd sakini C.Mehdiyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nərimanovda narkotiklərin satışı ilə məşğul olan 36, üzərində qanunsuz olaraq silah saxlayan 4 , avtoyuma məntəqəsində maşından 15 min manat oğurlayan 1 nəfər saxlanılıb
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Turalcan Mustafayev saxlanılıb. Onun üzərinə baxış zamanı 3 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb. Turalcan Mustafayev ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşından onlayn yolla Bakı şəhərində satmaq məqsədi ilə aldığını bildirib.Ümumilikdə ilin əvvəlindən Nərimanov Rayon Polis İdarəsinin, eləcə də ərazi şöbə və bölmələri tərəfindən həyata keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 36 nəfər saxlanılıb. Bu şəxslərdən 9 kiloqrama yaxın güclü təsiredici xassəyə malik narkotik vasitələr aşkar edilib. Nərimanov Rayon Polis İdarəsinin, 17 və 18-ci Polis Şöbələri, eləcə də 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyatlar zamanı üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan Fuad Musayev, Elşad Quliyev, Xəlil Xəlilov və Ələkbər Məmmədov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 3 ədəd “Makarov” markalı tapança, 3 ədəd daraq, 18 ədəd patron, 1 ədəd “Toz-17” markalı yivli müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı rayon ərazisində yerləşən avtoyuma məntəqələrindən birində nəqliyyat vasitəsindən 15 min manat oğurlayan Asəf Şirvanov da saxlanılaraq istintaqa təqdim edilib. Araşdırma zamanı bu şəxsin həmin məntəqədə işlədiyi və əvvəllər də oğurluq etdiyi üçün məhkum olunduğu müəyyən edilib. Qeyd edilən faktların hər biri ilə bağlı araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub
27.02.2023
Fevralın 27-də ölkə ərazisində qeydə alınan 56, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 6,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının fevralın 27-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 6,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,1 kiloqramdan artıq heroin, 1,3 kiloqrama yaxın marixuana, 312 qramdan artıq metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir. Yanvar-fevral ayları ərzində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində keçirilən növbəti belə tədbirlər zamanı Qaradağ rayonu ərazisində “Kamaz” markalı iki yük avtomobilindən bərk tullantıların boşaldılması və qalaqlanması, Suraxanı rayonu Zığ şossesi yaxınlığında, Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazilərində, Sumqayıt şəhərində fəaliyyət göstərən istehsalat obyektində istehsalat, məişət və digər qarışıq tullantıların qalaqlanması, Səbail rayonunun Yubiley küçəsində 2 ağacın məhv edilməsi, Sumqayıt şəhəri və Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazilərində isə heyvandarlıq təsərrüfatlarının fəaliyyəti zamanı yaranan çirkab sularının təmizlənmədən Samur-Abşeron magistral kanalına axıdılması faktları aşkar olunub. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə yük avtomobillərinin sürücüləri E.Mamedov və S.Balacayev, Zığ qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndə Q.Səfərzadə, Hökməli bələdiyyəsinin sədri R.Orucov, Qobu bələdiyyəsinin sədri A.Nəcəfov və bir özəl şirkət barəsində, 253.2-ci (meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsi və ya məhv edilməsi) maddəsinin tələblərini pozduğuna görə vətəndaş E.Həbibli barəsində, 264.0.1-ci (su obyektlərinin mühafizəsi qaydalarının pozulması) maddəsinin tələblərini pozduqlarına görə isə vətəndaşlar - T.Zamanov, F.Səfərov, N.Rüstəmov, Y.Vəliyev, Ş.Ələkbərov, Ç.Təhməzov və A.Bəylərov barəsində inzibati protokollar tərtib edilib.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinin qarşısından ödəmə terminalını oğurlamaqda şübhəli bilinən şəxslərdən ikisi saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən olunub
Suraxanı RPİ 30-cu Polis Şöbəsinə Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinin qarşısından içərisində 5926 manat pul olan ödəmə terminalının oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş S.Nəsirov və S.Şıxıyev saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.Araşdırma aparılır.
Xətai rayonunun Y.Səfərov küçəsində yerləşən parkda məişət tullantıları üçün nəzərdə tutulan 21 qutunun qapaqlarını oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini M.İsgəndərov saxlanılıb
Xətai rayonunun Y.Səfərov küçəsində yerləşən parkda məişət tullantıları üçün nəzərdə tutulan 21 qutunun qapaqlarının oğurlanması barədə polisə məlumat daxil olub. Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş M.İsgəndərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xətai rayonunun Babək prospektində yerləşən transformator məntəqəsindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Musayev saxlanılıb
Xətai rayonunun Babək prospektində yerləşən transformator məntəqəsindən 2060 manat dəyərində 2 ədəd ayırıcı və açarların oğurlanması barədə polisə məlumat daxil olub. Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini N.Musayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.