Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində “Mercedes” və “KamAZ” markalı avtomobillər toqquşub
30.01.2023
Yanvarın 30-da saat 23 radələrində Sabirabad rayonunun Qalaqayın kəndi ərazisində rayon sakini İ.Xanəliyevin idarə etdiyi “Mercedes” və Ağcabədi rayon sakini L.Hüseynovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub. Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Lənkəran rayonunun Boladi kəndi ərazisində Rusiya Federasiyası vətəndaşı A.Temirbekovun idarə etdiyi yük avtomobili ilə rayon sakini M.Hüseynov vurulub
Yanvarın 30-da saat 5 radələrində Lənkəran rayonunun Boladi kəndi ərazisində Rusiya Federasiyası vətəndaşı A.Temirbekov idarə etdiyi “Volvo” markalı yük avtomobili ilə yolu keçən rayon sakini M.Hüseynovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Polis Bakıxanov qəsəbəsində narkotik vasitələrin satışını həyata keçirən 1 nəfəri saxlayıb
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində Bakıxanov qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Məhəmməd Salmanov saxlanılıb. Həmin şəxsdən ümumilikdə 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Məhəmməd Salmanov heroin və metamfetamini sosial şəbəkələrin birində tanış olduğu İran vətəndaşından onlayn yolla satmaq niyyəti ilə aldığını qeyd edib. Faktla bağlı 13-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması təmin olunub
29.01.2023
Yanvarın 29-da ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 27,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının yanvarın 28-də və 29-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 27,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 13 kiloqramdan artıq heroin, 10,5 kiloqrama yaxın marixuana, 4 kiloqram tiryək, həmçinin 325 qram metamfetamin və 1752 ədəd metadon və tramadol həbləri olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 28-də və 29-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 9 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində 4 silah könüllü olaraq polisə təhvil verilib.Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Yasamal rayonu ərazisindən “Volkswagen” markalı bir avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini P.Hüseynov saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 28-də rayon ərazisindən “Volkswagen” markalı bir avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini P.Hüseynov saxlanılıb. Araşdırma aparılır.
Şəmkir rayonunun Dəllər qəsəbə sakini A.Həsənovdan 6 qramdan artıq, yaşadığı evdən isə 2 kiloqram 710 qram marixuana götürülüb
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Dəllər qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Həsənovdan 6 qramdan artıq, yaşadığı evə baxış zamanı isə 2 kiloqram 710 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Beyləqan rayonunun Milabad kəndi ərazisində “Mercedes” markalı avtomobil “Qarabağ” kanalına aşıb
Yanvarın 29-da saat 16 radələrində Beyləqan rayonunun Milabad kəndi ərazisində Sumqayıt şəhər sakini V.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili “Qarabağ” kanalına aşırıb. Nəticədə avtomobildəki sərnişinlər - S.Balayeva və R.Məmmədov hadisə yerində, sürücü isə xəstəxanada ölüb.Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub
28.01.2023
Yanvarın 28-də ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.