Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yerləşən şirniyyat evinin anbarından seyf oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini X.Sultanov saxlanılıb
05.03.2023
Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində yerləşən şirniyyat evinin anbarından içərisində 2760 manat pul və sənəd olan seyfin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Sultanov saxlanılıb.Əməliyyat tədbirləri davam etdirilir.
Ağcabədi rayonunda yaşayan E.Ağayevin evindən 8 kiloqramdan artıq heroin və 125 qrama yaxın metamfetamin götürülüb
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuş E.Ağayevin evinə baxış zamanı oradan 8 kiloqramdan artıq heroin və 125 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Astara rayonunun Züngüləş kənd sakini V.Əhədovdan marixuana və tiryək götürülüb
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Züngüləş kənd sakini, əvvəllər məhkum olunmuş V.Əhədovdan 6 qramdan artıq marixuana və 14 qramdan çox tiryək götürülüb. Davam etdirilən tədbirlərlə onun Alaşa kəndi ərazisindəki qəbristanlıqda gizlətdiyi 945 qram tiryək və 3 kiloqram 10 qram marixuana da götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 48 cinayətin açılması təmin olunub
04.03.2023
Martın 4-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Samux rayonunun Nəbiağalı qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakini E.Mehdiyev saxlanılıb
Martın 4-də saat 23 radələrində Samux rayonunun Nəbiağalı qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Kolayır kənd sakini E.Mehdiyev müəyyən olunaraq saxlanılıb. Avtomobil onun evinin qarşısından tapılıb.Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.
Şirvan şəhəri ərazisində “BMW” markalı avtomobillə yolu keçən A.Səfərova vurulub
Martın 4-də saat 8 radələrində Şirvan şəhəri ərazisində şəhər sakini S.Hüseynov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən A.Səfərovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Şirvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Şəmkir rayonunun Şiştəpə kəndi ərazisində “Hyundai” markalı avtomobillə yolu keçən kənd sakini G.Hüseynova vurulub
Martın 4-də saat 21 radələrində Şəmkir rayonunun Şiştəpə kəndi ərazisində rayon sakini N.Qarayev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən kənd sakini G.Hüseynovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 68 cinayətin açılması təmin olunub
03.03.2023
Martın 3-də ölkə ərazisində qeydə alınan 68, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 49,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının martın 3-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 49,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 22,2 kiloqramdan artıq heroin, 19,5 kiloqrama yaxın marixuana, 93 qram tiryək, 7,3 kiloqramdan çox metamfetamin, 13 ədəd çətənə kolu, həmçinin 2450 ədəd yüksək təsiredici xassəyə malik həblər olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Astara rayon sakini E.Əsədovdan 5 kiloqramdan artıq heroin və silah-sursat götürülüb
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Astara rayon sakini, əvvəllər məhkum olunmuş E.Əsədovdan 5 kiloqram 20 qram heroin, 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.