Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhər sakini A.Məmmədovdan heroin və metamfetamin götürülüb
03.03.2023
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədovdan 189 qramdan artıq heroin və 36 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Sabirabad rayon sakini C.Şəmmədovun evindən marixuana və elektron tərəzi aşkar olunaraq götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini C.Şəmmədovun evinə baxış zamanı 64 qramdan artıq marixuana və elektron tərəzi aşkar olunaraq götürülüb. Onun həyətindən isə kultivasiya yolu ilə yetişdirilən 13 ədəd çətənə kolu götürülüb. Araşdırma aparılır.
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində “Toyota” markalı avtomobilin sürücüsünə qarşı quldurluq əməlində şübhəli bilinən Beyləqan rayon sakini N.Əliyev saxlanılıb
Martın 1-də saat 5 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini Ş.Mirzəzadənin idarə etdiyi “Toyota” markalı avtomobildə sərnişinləri tərəfindən bıçaqla hədələnərək 120 manatının və mobil telefonunun talanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş N.Əliyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Tərtər rayonunun Şıxarx kənd sakini N.Hacıyevin evindən qanunsuz saxladığı ov tüfəngi aşkar olunaraq götürülüb
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şıxarx kənd sakini N.Hacıyevin evinə baxış zamanı qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Binəqədi rayonu ərazisində “Fiat” markalı avtomobillə yolu keçən Laçın rayon sakini V.Ağayev vurulub
Martın 3-də saat 6 radələrində Binəqədi rayonu ərazisində Bakı şəhər sakini H.Mürşüdov idarə etdiyi “Fiat” markalı avtomobillə yolu keçən Laçın rayon sakini V.Ağayevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində “VAZ-21011” və “Mercedes” markalı avtomobillər toqquşub
Martın 3-də saat 20 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində Bakı şəhər sakinləri E.Süleymanovun idarə etdiyi “VAZ-21011” və İ.Əzizovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə İ.Əzizov hadisə yerində, E.Süleymanovun sərnişini Ə.Muqumov xəstəxanaya aparılarkən yolda ölüb, hər iki avtomobildə olan 4 nəfər isə xəstəxanaya yerləşdirilib.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Gəncə şəhəri ərazisində “VAZ-21074” markalı avtomobillə yolu keçən şəhər sakini Ş.Məmmədov vurulub
Martın 3-də saat 23 radələrində Gəncə şəhəri ərazisində Samux rayon sakini X.Yolçuyev idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən şəhər sakini Ş.Məmmədovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Gəncə şəhərində yerləşən “Megastore” marketdən mühafizəçiyə xəsarət yetirilməklə içərisində külli məbləğdə pul olan seyfin aparılması ilə bağlı əməliyyat-axtarış tədbirləri aparılır
02.03.2023
Martın 2-də saat 6 radələrində Gəncə şəhərində yerləşən “Megastore” marketə girən şəxsin mühafizəçi, şəhər sakini M.Həsənovun baş nahiyəsinə küt alətlə xəsarət yetirməsi, əl və ayaqlarını yapışqanlı lentlə bağlayaraq oradan içərisində 157.151 manat, 6.040 ABŞ dolları və 18.100 rubl olan seyfi aparması barədə polisə məlumat daxil olub.Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin seyf mağazaya yaxın ərazidə toxunulmamış və torpağa basdırılmış vəziyyətdə tapılıb. Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən bu cinayət əməlini törədən və ya törədənlərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Abşeron rayonunun Məmmədli kənd sakini T.Rəhimovun evindən marixuana, heroin və metamfetamin aşkar olunaraq götürülüb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Məmmədli kənd sakini, əvvəllər məhkum olunmuş T.Rəhimovun evinə baxış zamanı oradan 51 qramdan artıq marixuana, 7 qrama yaxın heroin və 15 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Zaqatala şəhər sakini Z.Barabaşovun evindən heroin və tiryək aşkar olunaraq götürülüb
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Z.Barabaşovun evinə baxış zamanı oradan 88 qrama yaxın heroin və 47 qramdan artıq tiryək aşkar olunaraq götürülüb. Araşdırma aparılır.