Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Səbail rayonunun Badamdar qəsəbəsindəki mənzillərin birindən qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Rzabəyli və E.Ağayev saxlanılıblar
01.03.2023
Səbail rayonunun Badamdar qəsəbəsindəki mənzillərin birindən oğurluq edilməsi barədə 41-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və ötən ilin dekabr ayından cari il fevralın 26-dək olan müddətdə mənzildən 120.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğun Bakı şəhər sakinləri S.Rzabəyli və tanışı E.Ağayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub və onlar saxlanılıblar. Araşdırma aparılır.
Tərtər rayonunun Əskipara kəndi ərazisindəki fermaların birindən 13 baş qoyun oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Əskipara kəndi ərazisindəki fermaların birindən 13 baş qoyun oğurlamaqda şübhəli bilinən kənd sakinləri R.Bayramov, T.Abbaslı və F.İbadzadə saxlanılıb. Araşdırma aparılır.
Səbail rayonu ərazisində “VAZ-2121” markalı avtomobilin yük yerindən ov tüfəngi aşkar olunaraq götürülüb
Səbail rayonu ərazisində polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini O.Nağıyevə məxsus “VAZ-2121” markalı avtomobilin yük yerinə baxış zamanı oradan müvafiq sənədləri olan “Ata-Arms” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.
Balakən rayonunun Şərif kənd sakini Ə.Sofiyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şərif kənd sakini Ə.Sofiyevdən qanunsuz saxladığı nömrəsi silinmiş “İJ” markalı ov tüfəngi götürülüb.
Astara rayonunun Şahağacı kənd sakini E.Mirzəyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şahağacı kənd sakini E.Mirzəyevdən qanunsuz saxladığı “Toz-63” markalı ov tüfəngi götürülüb.
Astara rayonunun Ərçivan qəsəbə sakini A.Əliyevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Ərçivan qəsəbə sakini A.Əliyevdən qanunsuz saxladığı “İJ-58” markalı ov tüfəngi götürülüb.
Ağstafa rayonunun Qıraq Kəsəmən kəndi ərazisində “Hyundai” markalı avtomobillə “Muravey” markalı motosiklet toqquşub
Martın 1-də saat 10 radələrində Ağstafa rayonunun Qıraq Kəsəmən kəndi ərazisində rayon sakinləri Ş.Mədədovun idarə etdiyi “Hyundai” markalı avtomobillə F.Məmmədovun idarə etdiyi “Muravey” markalı motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü və sərnişini xəstəxanaya yerləşdirilib. Sərnişin R.Qurbanov orada ölüb.Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gəncə şəhəri ərazisində “BMW” markalı avtomobillə yolu keçən G.Zeynalov vurulub
Martın 1-də saat 21 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini E.Qafarlı idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən G.Zeynalovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Gəncə ŞBPİ 1-ci Polis Şöbəsində araşdırma aparılır.
Sumqayıt şəhəri Corat qəsəbəsində narkotiklərin satışını həyata keçirən şəxslərə qarşı əməliyyat keçirilib
Sumqayıtda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilən Corat qəsəbəsində yaşayan Tahir Quliyev tutularaq istintaqa təqdim ediliblər. Onun üzərindən satış məqsədi ilə əldə etdiyi 3 kiloqrama yaxın heroin aşkar olunub. Tahir Quliyev Corat qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul oluğunu etiraf edib.Qeyd edək ki, 1-ci Polis Bölməsinin əəməkdaşlarının ilin əvvəlindən əsasən Corat qəsəbəsi və ətraf ərazilərdə həyata keçirdikləri silsilə əməliyytalar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 30 nəfər saxlanılıb. Həmin şəxslərdən külli miqdarda müxtəlif adda narkotik vasitə və psixotrop maddələr aşkar edilib. Onlar barəsində toplanan materiallar Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilibSumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı evlərdən oğurluqlar edən əvvəllər məhkum olunmuş Fərman Paşayev də saxlanılıb. Onun Sumqayıt şəhərində iki mənzildən pul və qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib. Fərman Paşayevin Sumqayıt şəhərində digər analoji cinayətlərdə iştirak edib-etmədiyinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Sumqayıtda vətəndaşların etibarından sui-istifadə edərək bankomat kartlarından oğurluq edən şəxs saxlanılıb
Sumqayıt şəhərində naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 250 manatı ələ keçirib. Bu barədə kart sahibi Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu isə həmin şəxs götürərək hadisə yerindən uzaqlaşıb.Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Aysel Əliyeva tutulub. O, ifadəsində etdiyi cinayəti etiraf edib və Sumqayıt şəhərində bankomatdan pul çıxarmaq üçün ondan kömək istəyən daha bir nəfərin kartından 120 manat oğurladığını bildirib. A.Əliyeva əsasən ahıl yaşlı şəxslərin təqaüd kartlarından oğurluq edib.Faktlarla bağlı araşdırmalar davam etdirilir. A.Əliyevanın Sumqayıt, eləcə də digər ərazilərdə digər analoji cinayətlər etdiyi istisna olunmur. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.