Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt şəhəri ərazisində Xızı rayon sakini N.Yaqubovun cibindən pulunu oğurlamaqda şübhəli bilinən şəhər sakini M.Səmədov saxlanılıb
06.02.2023
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində Xızı rayon sakini N.Yaqubovun cibindən 400 manatını oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş M.Səmədov saxlanılıb. Araşdırma aparılır.
Sabunçu rayonu ərazisindəki evlərin birindən oğurluq törətməkdə şübhəli bilinən Ucar rayon sakini S.Teyyubov saxlanılıb
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 3 ədəd kondisioner, televizor, paltaryuyan, kombi aparatı və saat oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini S.Teyyubov saxlanılıb. Araşdırma aparılır.
Ağcabədi rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini M.Məmmədov saxlanılıb
Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 2800 manat pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən rayon sakini M.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Hacıqabul rayonunun Kolanı kənd sakini C.Dəmirovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Fevralın 6-da saat 11 radələrində Hacıqabul Rayon Polis Şöbəsinə Kolanı kənd sakini C.Dəmirovun ov tüfəngini təmizləyən zaman ehtiyatsızlıqdan açılmış atəşdən ayağından xəsarət alması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.Polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və C.Dəmirovdan qanunsuz saxladığı “İJ-16” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Yasamal rayonunun Ə.Salamzadə küçəsində “Toyota” markalı avtomobillə əcnəbi vətəndaş J.Khanı vurulub
Fevralın 7-də saat 2 radələrində Yasamal rayonunun Ə.Salamzadə küçəsində Bakı şəhər sakini F.Cəfərov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən əcnəbi vətəndaş J.Khanı vurub və nəticədə piyada hadisə yerində ölüb.Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində “Mercedes” və “Toyota” markalı avtomobillər toqquşub
Fevralın 6-da saat 6 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Bayramovun idarə etdiyi “Mercedes” və Daşkəsən rayon sakini E.Əsgərovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə “Toyota” markalı avtomobildə olan sərnişin F.Həsənov xəstəxanaya yerləşdirilib və orada ölüb.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Saray qəsəbəsində narkotik vasitələrin satışı və təbliği ilə məşğul olan şəxs saxlanılıb
Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Saray qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Sumqayıt şəhər sakini Asif Axundov saxlanılıb. Onun üzərinə baxış zamanı satış üçün əldə etdiyi ümumi çəkisi 2 kiloqrama yaxın narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Asif Axundovun ətrafında aparılan arşdırmalar zamanı onun Saray qəsəbəsində gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduğu müəyyən edilib. Faktla bağlı Asif Axundov barəsində Saray Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 53 cinayətin açılması təmin olunub
05.02.2023
Fevralın 5-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakini N.Vəliyevə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini V.Haqverdiyev saxlanılıb
Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini N.Vəliyevin 200 ədəd lotereyasının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən paytaxt sakini V.Haqverdiyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Ümumi çəkisi 70,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının fevralın 4-də və 5-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 70,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 52,4 kiloqrama yaxın heroin, 7,2 kiloqramdan çox marixuana, 41 qram tiryək, həmçinin 10,5 kiloqramdan çox metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.