Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir
05.02.2023
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 4-də və 5-də espublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 10 ədəd ov tüfəngi götürülüb. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Şəki şəhər sakini Ş.Rəsulovdan narkotik vasitələr aşkar olunaraq götürülüb
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini əvvəllər məhkum olunmuş Ş.Rəsulovdan 41 qramdan artıq tiryək, heroin, yaşadığı evə baxış zamanı isə 410 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində “MAZ” markalı yük və “Ford Transit” markalı avtomobillər toqquşub
Fevralın 5-də saat 7 radələrində Cəlilabad rayonunun Privolnoye kəndi ərazisində rayon sakini E.Əhmədovun idarə etdiyi “MAZ” markalı yük və İsmayıllı rayon sakini N.Məmmədovun idarə etdiyi “Ford Transit” markalı avtomobillər toqquşub. Nəticədə N.Məmmədov hadisə yerində ölüb, bir sərnişini xəstəxanaya yerləşdirilib. Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gəncə şəhəri ərazisində piyada “VAZ-21011” markalı avtomobillə vurulub
Yanvarın 5-də saat 8 radələrində Gəncə şəhəri ərazisində yolu keçən şəhər sakini M.Ələkbərov “VAZ-21011” markalı avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb. Sürücü hadisə yerini tərk edib. Gəncə ŞBPİ-nin 1-ci Polis Şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Nəsimi rayonu Azadlıq prospektində “Toyota Prius” markalı avtomobil binanın divarına çırpılıb
Fevralın 6-da saat 2 radələrində Nəsimi rayonu Azadlıq prospektində Bakı şəhər sakini M.Sultanov idarə etdiyi “Toyota Prius” markalı avtomobili binanın divarına vurub. Nəticədə avtomobildə olan 2 sərnişin xəstəxanaya yerləşdirilib, onlardan A.Mehdiyev orada ölüb.Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması təmin olunub
04.02.2023
Fevralın 4-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Paytaxtda bir neçə vətənaşın külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə talayan şəxs müəyyən olunaraq saxlanılıb
Daxil olan müraciətlər əsasında Səbail RPİ-nin 9-cu Polis Bölməsində aparılan araşdırmalarla 2018-2021-ci illər ərzində Bakı şəhər sakini olan 3 nəfərin 9.300, 14.800 və 8.400 manat pullarının dələduzluq yolu ilə talanması məlum olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini X.Əlizadə müəyyən olunaraq saxlanılıb. Onun Bakı şəhər sakini olan daha bir nəfəri aldadaraq 14.000 manatını talaması da müəyyən olunub. Araşdırma aparılır.
Xəzər rayonunun Binə qəsəbəsi ərazisindən “Kia” markalı avtomobili qaçırmaqda şübhəli bilinən qəsəbə sakini Ə.Bəndərov avtomobillə saxlanılıb
Fevralın 4-də saat 21 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisindən E.Həsənova məxsus “Kia” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən qəsəbə sakini Ə.Bəndərov avtomobillə Mərdəkan qəsəbəsi ərazisində saxlanılıb. Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Nizami rayonunun Q.Qarayev prospektindən “VAZ-21099” markalı avtomobili qaçırmaqda şübhəli bilinən paytaxt sakini R.Paşazadə avtomobillə saxlanılıb
Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə fevralın 4-də saat 14 radələrində Q.Qarayev prospektindən Ə.Cəbrayılova məxsus “VAZ-21099” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Paşazadə avtomobillə saxlanılıb.Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.
Oğurluq etdiyinə görə tutulan Y.Məhərrəmovun daha bir nəfərin pulunu oğurlaması da müəyyən olunub
Baş Cinayət Axtarışı İdarəsində aparılan araşdırmalarla oğurluq etdiyinə görə tutulan Y.Məhərrəmovun daha bir nəfərin bank hesabından 1116 manat oğurlaması da müəyyən olunub.