Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Hacıqabul şəhər sakini C.Hənifəyevdən heroin və marixuana götürülüb
07.03.2023
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş C.Hənifəyevdən 25 qramdan artıq heroin və 510 qram marixuana aşkar olunaraq götürülüb.
Nəsimi rayonu ərazisindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini S.Fərəczadə saxlanılıb
Martın 7-nə keçən gecə Nəsimi rayonu ərazisindən İsmayıllı rayon sakini C.İsmayılzadəyə məxsus “Mercedes” markalı avtomobilin qaçırılması barədə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş S.Fərəczadə müəyyən olunaraq saxlanılıb.Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Yasamal rayonu ərazisində “KİA” markalı bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Şahverdiyev saxlanıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 5-də rayon ərazisində “KİA” markalı bir avtomobildən 2 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Şahverdiyev saxlanıb. Araşdırma aparılır.
Abşeron rayonunun Xırdalan şəhərindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən İmişli rayon sakini A.Mirzəyev saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhərindəki evlərin birindən pul və 1 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini A.Mirzəyev saxlanılıb. Araşdırma aparılır.
Bərdə şəhəri ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini G.Fətəliyeva saxlanılıb
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki evlərin birindən pul və qızıl üzük oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini G.Fətəliyeva saxlanılıb. Araşdırma aparılır.
Saatlı rayonu ərazisində qanunsuz ov edən rayon sakini R.Cavadov saxlanılıb
Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Saatlı rayonu ərazisində qanunsuz ov edən rayon sakini R.Cavadov saxlanılıb. Ondan qanunsuz saxladığı “TOZ” markalı ov tüfəngi götürülüb və barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə protokol tərtib olunub.
Saatlı rayonunun Məmmədabad kənd sakini Z.Babayevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Məmmədabad kənd sakini Z.Babayevdən qanunsuz saxladığı “TOZ-63” markalı ov tüfəngi götürülüb.
İsmayıllı rayonunun Namazgah kənd sakini S.Atayevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Namazgah kənd sakini S.Atayevdən qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.
Sabunçu rayonunun Məhəmmədi qəsəbəsi ərazisində “Toyota” markalı avtomobillə qəsəbə sakini M.Nağıyev vurulub
Martın 7-də saat 8 radələrində Sabunçu rayonunun Məhəmmədi qəsəbəsi ərazisində Şərur rayon sakini A.Nağıyev idarə etdiyi “Toyota” markalı avtomobillə qəsəbə sakini M.Nağıyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Biləsuvar rayonunun Əliabad kəndi ərazisində “Volkswagen” markalı avtomobil aşıb
Martın 7-də saat 22 radələrində Biləsuvar rayonunun Əliabad kəndi ərazisində Bakı şəhər sakini Q.Soltanov idarə etdiyi “Volkswagen” markalı avtomobili aşırıb və nəticədə sürücü hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.