DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qaçaqmalçılıq yolu ilə 83 kiloqram narkotik vasitəni ölkə ərazisinə keçirməyə çalışan daha bir dəstənin üzvləri saxlanılıblar

07.03.2023

Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə həyata keçirilən xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə külli miqdarda narkotik maddələr keçirməyə cəhd edən daha bir dəstənin üzvləri saxlanılıb. Tədbir zamanı Şəki şəhər sakini əvvəllər məhkum olunmuş Famil Əliyev və həmyerlisi Elçin Məmmədov tutulublar. Onların əllərində olan bağlamaya baxış zamanı ümumilikdə 83 kiloqram, o cümlədən 69 kiloqram marixuana, 14 kiloqam tiryək və metamfetamin aşkar olunub.
Famil Əliyev narkotik maddələri satış məqsədi ilə “Yaşar” adlı İran İslam Respublikasının vətəndaşı vasitəsi ilə Füzuli rayonu ərazisində əvvəlcədən gizlədilən yerdən götürdüklərini bildirib. Bununla da İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitələr göndərən kanallardan daha birinə güclü zərbə endirilib. 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər 2 şəxs  barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=uAtjsqAnQWE

07.03.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub 07.03.2023
  • Hacıqabul şəhər sakini C.Hənifəyevdən heroin və marixuana götürülüb 07.03.2023
  • Nəsimi rayonu ərazisindən “Mercedes” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Lənkəran rayon sakini S.Fərəczadə saxlanılıb 07.03.2023
  • Yasamal rayonu ərazisində “KİA” markalı bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini H.Şahverdiyev saxlanıb 07.03.2023
  • Abşeron rayonunun Xırdalan şəhərindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən İmişli rayon sakini A.Mirzəyev saxlanılıb 07.03.2023
  • Bərdə şəhəri ərazisindəki evlərin birindən oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini G.Fətəliyeva saxlanılıb 07.03.2023
  • Saatlı rayonu ərazisində qanunsuz ov edən rayon sakini R.Cavadov saxlanılıb 07.03.2023
  • Saatlı rayonunun Məmmədabad kənd sakini Z.Babayevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb 07.03.2023
  • İsmayıllı rayonunun Namazgah kənd sakini S.Atayevdən qanunsuz saxladığı ov tüfəngi götürülüb 07.03.2023
  • Sabunçu rayonunun Məhəmmədi qəsəbəsi ərazisində “Toyota” markalı avtomobillə qəsəbə sakini M.Nağıyev vurulub 07.03.2023
  • Biləsuvar rayonunun Əliabad kəndi ərazisində “Volkswagen” markalı avtomobil aşıb 07.03.2023
  • Qaçaqmalçılıq yolu ilə 83 kiloqram narkotik vasitəni ölkə ərazisinə keçirməyə çalışan daha bir dəstənin üzvləri saxlanılıblar 07.03.2023
  • Nərimanov rayonunda ödəmə terminalından 29 min manat oğurlayan şəxs saxlanılıb 07.03.2023