DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonunda yanvar-fevral aylarında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 98 nəfər saxlanılıb

09.03.2023

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən bu ilin yanvar-fevral ayı ərzində rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib. Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 98 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 11 kiloqram heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.
Qeyd edək ki, saxlanılan şəxslərin bir neçəsinin Binəqədi rayonunda evlərdən və obyektlərdən oğurluq etdikləri də müəyyən edilib.  Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=rhXSiTOJn8k

 

09.03.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub 09.03.2023
  • Ümumi çəkisi 9,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 09.03.2023
  • Bakı şəhər sakini A.Xıdırovdan 1 kiloqram 503 qram heroin götürülüb 09.03.2023
  • Sumqayıt şəhər sakini Ş.Dadaşovdan 2 kiloqramdan artıq heroin götürülüb 09.03.2023
  • Qanunsuz saxlanılan silah-sursatla bağlı tədbirlər davam etdirilir 09.03.2023
  • Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərazisində münaqişə zəminində qəsəbə sakini E.Orucovu öldürməkdə şübhəli bilinən M.Məmmədov tutularaq istintaqa təhvil verilib 09.03.2023
  • Nərimanov rayonu ərazisindəki mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini S.Ağayeva saxlanılıb 09.03.2023
  • Binəqədi rayonu ərazisində yerləşən marketlərdən birinin anbarındakı seyfdən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Əliyev saxlanılıb 09.03.2023
  • Xırdalan şəhər sakini olan bir qadının bank hesabından pul oğurlamaqda şübhəli bilinən B.Qasımov saxlanılıb 09.03.2023
  • Binəqədi rayonunda yanvar-fevral aylarında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 98 nəfər saxlanılıb 09.03.2023