Babək rayonunun Badaşqan kəndi ərazisində “Hyundai” markalı avtomobil yolun kənarındakı ağaca çırpılıb
14.03.2023Martın 14-də saat 8 radələrində Babək rayonunun Badaşqan kəndi ərazisində rayon sakini E.Əsədov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə sürücü hadisə yerində ölüb.
Babək Rayon Polis İdarəsində araşdırma aparılır.