Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Beyləqan Rayon Təzəkənd kənd sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb
29.07.2023
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
Kürdəmir rayonunun Karrar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
Biləsuvar rayonunun Nəsimi kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan və “tiryəkxana”lar təşkil edən şəxslərə qarşı son 1 ayda təxirəsalınmaz əməliyyatlar keçirilib
Binəqədi rayonunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı son 1 ay ərzində polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyatlar keçirilib. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 80 nəfər saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən külli miqdarda heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib. Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı isə Binəqədi qəsəbəsində narkotiklərin satışını təşkil edən, əvvəllər məhkum olunmuş Azər Nurullayev də saxlanılıb. Bu şəxsin üzərindən isə satış məqsədi ilə əldə etdiyi 1 kiloqramdan artıq heroin aşkar olunub.Saxlanılanların bəziləri, eləcə də Azər Nurullayev narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində araşdırma başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 28 cinayətin açılması təmin olunub
28.07.2023
İyulun 28-də ölkə ərazisində qeydə alınan 28, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Xəzər rayonunun Binə qəsəbəsi ərazisindən bir avtomobili qaçırmaqda şübhəli bilinən yeniyetmə Səbail rayonu ərazisində avtomobillə saxlanılıb
İyulun 27-də saat 19 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisindən “Priora” markalı bir avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Bakı ŞBPİ-nin Dövlət Yol Polisi İdarəsi və Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şamaxı rayon sakini olan yeniyetmə Səbail rayonu ərazisində avtomobillə saxlanılıb. Araşdırma aparılır.
Səbail rayonu ərazisində yerləşən restoranda bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən R.Şahbazov saxlanılıb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 11-də rayon ərazisində yerləşən restoranda bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş R.Şahbazov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Şübhəli şəxs qismində saxlanılan Bakı şəhər sakini E.Məmmədovdan heroin aşkar olunaraq götürülüb
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırmalarla onun Pirşağı qəsəbəsi ərazisində yerləşən marketlərin birində ödəmə terminalından 2176 manat pul oğurlaması müəyyən olunub.
Paytaxtın Nizami rayonu ərazisində yerləşən kafedə işçilərdən birinin cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Əliyeva saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 26-da rayon ərazisində yerləşən kafedə işçilərdən birinin içərisində 1200 manatı olan cüzdanını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Əliyeva saxlanılıb. Araşdırma aparılır.