Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nizami rayonu T.Abbasov küçəsindəki bir ofisdən oğurluq etməkdə şübhəli bilinən paytaxt sakini saxlanılıb
23.07.2023
Nizami RPİ 24-cü və 25-ci polis şöbələri əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 17-də T.Abbasov küçəsindəki bir ofisdən noutbuk oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş F.Bağırov saxlanılıb. Araşdırmalarla onun rayon ərazisindəki bir klinikadan noutbuk, bir köşkdən isə 1120 manat dəyərində tütün məmulatı oğurlaması da müəyyən olunub.
Naxçıvan Şəhər ərazisində yerləşən mağazalardan birinin qarşısından velosiped oğurlamaqda şübhəli bilinən kənd sakini saxlanılıb
Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 22-də şəhər ərazisində yerləşən bazarda mağazalardan birinin qarşısından velosiped oğurlamaqda şübhəli bilinən Qaraxanbəyli kənd sakini S.Sadıqova saxlanılıb. Araşdırma aparılır.
İsmayıllı rayon ərazisində bir şəxsin evinə baxış zamanı oradan marixuana aşkar olunaraq götürülüb
İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Talıbovun evinə baxış zamanı oradan 3 kiloqram 105 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.
Xətai rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
İyulun 23-də saat 23 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini A.Bayramov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən 35-40 yaşlı qadını vurub və nəticədə piyada yerində ölüb.Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Quba rayonunun Zərdabi qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
İyulun 23-də saat 14 radələrində Quba rayonunun Zərdabi qəsəbəsi ərazisində qəsəbə sakini F.Yusifovun idarə etdiyi “VAZ-2107” və Xaçmaz rayon sakini A.Xantəmirovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə F.Yusifov hadisə yerində ölüb, A.Xantəmirov və 3 sərnişini xəstəxanaya yerləşdirilib.Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Yevlax şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
İyulun 23-də saat 14 radələrində Yevlax şəhəri ərazisində Xaldan kənd sakini C.Məmmədovun idarə etdiyi “VAZ-21063” və Şəmkir rayon sakini S.Nuruyevin idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə C.Məmmədovun sərnişini olan arvadı X.Məmmədova hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Salyan rayonunun Seyidsadıqlı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
İyulun 23-də saat 23 radələrində Salyan rayonunun Seyidsadıqlı kəndi ərazisində Masallı rayon sakinləri X.Hüseynzadənin idarə etdiyi “Opel”, R.Abdullayevin idarə etdiyi “Chevrolet” və T.İslamzadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə R.Abdullayev hadisə yerində ölüb, X.Hüseynzadə və sərnişini xəstəxanaya yerləşdiriliblər.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması təmin olunub
22.07.2023
İyulun 22-də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt sakinləri R.Qafarov və Ə.Rzayevdən narkotik vasitələr aşkar edilərək götürülmüşdür
Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Qafarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunub. Araşdırmalarla narkotik vasitəni ona satmaqda şübhəli bilinən paytaxt sakini Ə.Rzayev də müəyyən olunaraq saxlanılıb, ondan da heroin götürülüb. Ə.Rzayevin idarə etdiyi “VAZ-2106” markalı avtomobilə baxış zamanı oradan 8 qramdan artıq heroin, 5 qramdan çox metamfetamin, Buzovna qəsəbəsi ərazisində kirayədə yaşadığı evdən isə 279 qramdan artıq heroin, 14 qrama yaxın metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.
Yataqxananın girişindən 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini R.Məmmədov saxlanılıb
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 22-də 20-cı məhəllədə yerləşən yataqxananın girişindən 2 ədəd velosiped oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş R.Məmmədov saxlanılıb. Araşdırma aparılır.