Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şərur Rayon Dərvişlər kəndi ərazisində yabanı halda bitən çətənə kolu aşkar olunaraq məhv edilib
26.07.2023
Şərur Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Dərvişlər kəndi ərazisində yabanı halda bitən 350 kiloqram çəkidə 3200 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Göygöl Rayon Çaybağı adlanan ərazidə yabanı halda bitən çətənə kolu aşkar olunaraq məhv edilib
Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Çaybağı adlanan ərazidə yabanı halda bitən 67 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Gəncə şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
İyulun 26-da saat 9 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini İ.Həsənov idarə etdiyi “NAZ Lifan” markalı avtomobillə yolu keçən Samux rayon sakini R.Namazovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub
25.07.2023
İyulun 25-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt sakini olan bir nəfərin pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar
İyulun 25-də gecə saatlarında Hövsan qəsəbəsində törədilən quldurluq hadisəsi ilə bağlı daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən tədbirlər görülüb.Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini olan bir nəfərin pulunu və mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Rəcəbov, N.Şahbazov, E.Əhədov və Hacıqabul rayon sakini F.Hüseynov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Hövsan qəsəbəsi ərazisində qəsəbə sakininin mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini müəyyən olunaraq saxlanılıb
Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 24-də Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini A.Eyyubovun mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Əliyev müəyyən olunaraq saxlanılıb.Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində işıq cihazlarından düzgün istifadə olunmayan avtomobil saxlanılıb
İyulun 24-də saat 21 radələrində Hacıqabul rayonunun Nəvahı kəndi ərazisində işıq cihazlarından düzgün istifadə olunmayan “Mercedes” markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü - Yevlax rayon sakini P.Rüstəmovun və avtomobildə olan həmyerlisi, əvvəllər məhkum olunmuş Ş.Şirinovun narkotik vasitənin təsiri altında olmaları müəyyən olunub. Onlar Hacıqabul Rayon Polis Şöbəsinə təhvil veriliblər.Polis əməkdaşları tərəfindən avtomobilə baxış zamanı oradan heroin, metamfetamin və elektron tərəzi aşkar olunaraq götürülüb.
Lökbatan qəsəbəsi ərazisindəki bazarda yerləşən mağazaların birindən ərzaq məhsullarını oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini saxlanılıb
İyulun 24-də saat 17 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisindəki bazarda yerləşən mağazaların birindən 3500 manat dəyərində ərzaq məhsullarını oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini E.Bağırov Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu Polis Şöbəsinə təhvil verilib.Araşdırmalarla onun həmin gün bazarda yerləşən digər bir mağazadan 500 manat dəyərində təzyiq aparatı və su nasosu oğurlaması da müəyyən olunub.
Qala qəsəbəsindəki bir evdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan iki yeniyetmə saxlanılıblar
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qala qəsəbəsindəki bir evdən 3150 manat dəyərində qızıl-zinət, gümüş və məişət əşyaları, digər evin həyətindən isə 1500 manat dəyərində avtomobil ehtiyat hissələri və rezin boru oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan iki yeniyetmə müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Sabunçu rayonu Məhəmmədi qəsəbəsi ərazisində bir avtomobildən pul oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini saxlanılıb
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-də Məhəmmədi qəsəbəsi ərazisində “Mercedes” markalı bir avtomobildən 10.000 manat oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.