Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şəmkir rayonunda müxtəlif kəndlərdə yaşayan şəxslərdən qanunsuz saxladıqları ov tüfəngi götürülüb
21.07.2023
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qapanlı kənd sakini Ə.Əsədlidən, İrmaşlı kənd sakini Ş.Piriyevdən və Zəyəm Cırdaxan kəndində yaşayan V.Alıyevdən qanunsuz saxladıqları “İJ” və “TOZ” markalı 3 ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Salyan Rayon Arbatan kəndində yaşayan şəxsin evinə baxış zamanı oradan narkotik maddələr və elektron tərəzi aşkar olunaraq götürülüb
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Arbatan kəndində yaşayan əvvəllər məhkum olunmuş E.Bağırovun evinə baxış zamanı oradan 338 qrama yaxın heroin,metamfetamin, 1 kiloqramdan artıq marixuana və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Ağsu Rayon Xanbulaq kəndi ərazisində yabanı halda bitən çətənə kolu aşkar olunaraq məhv edilib
Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Xanbulaq kəndi ərazisində 1,5 hektar sahədən yabanı halda bitən 1 ton 250 kiloqram çəkidə 2900 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
İyulun 21-də saat 22 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini S.Ələkbərov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Q.Rüstəmovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Gəncə ŞBPİ 1-ci Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub
20.07.2023
İyulun 19-da ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Gəncə şəhəri ərazisində yolu keçən Cavadxan qəsəbə sakininin vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
İyulun 19-da saat 5 radələrində Gəncə şəhəri ərazisində yolu keçən Cavadxan qəsəbə sakini A.Verdiyevin müəyyən edilməyən avtomobillə vurulması nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Hyundai” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin avtomobilin sürücüsü, şəhər sakini S.Nuruyev saxlanılıb.Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Qaradağ rayon ərazisində yerləşən ticarət mərkəzindəki mağazaların birindən soyğunçuluq yolu ilə pul talamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 19-da saat 13 radələrində rayon ərazisində yerləşən ticarət mərkəzindəki mağazaların birindən soyğunçuluq yolu ilə 585 manat pul talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Mustafayev müəyyən olunaraq saxlanılıb.Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.
Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini olan bir qadının qızıl boyunbağısının soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb
İyulun 17-də Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini olan bir qadının qızıl boyunbağısının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.Soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Əliyev Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Ramana qəsəbəsindəki evlərin birindən pul və mobil telefonu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Neftçala rayon sakini saxlanılıb
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 17-də Ramana qəsəbəsindəki evlərin birindən 275 manat pul və mobil telefonu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş E.Abbasov müəyyən olunaraq saxlanılıb.Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Cəbrayıl rayon sakininin çantasını oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini müəyyən olunaraq saxlanılıb
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 15-nə keçən gecə Cəbrayıl rayon sakini O.Allahverdiyevin içərisində mobil telefonu, cüzdanı, sənəd və bank kartları olan çantasını oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini E.Ağayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.