Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Zaqatala rayonunun Aşağı Tala kənd sakini R.Babayevdən 7 qramdan artıq marixuana aşkar olunub
19.07.2023
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş R.Babayevdən 7 qramdan artıq marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə onun həyətyanı sahəsinə baxış zamanı oradan əlavə 205 qramdan çox marixuana götürülüb.
Kürdəmir rayonunun Qacılı kənd sakini H.Qədirovdan qanunsuz saxladığı ov tüfəngi götürülüb
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qacılı kənd sakini H.Qədirovdan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Şərur rayonunun Düdəngə, Siyaqut, Dərvişlər və Muğanlı kəndləri ərazisində yabanı halda bitən çətənə kolları məhv edilib
Şərur Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Düdəngə, Siyaqut, Dərvişlər və Muğanlı kəndləri ərazisində yabanı halda bitən 2600 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Ağstafa şəhəri ərazisində şəhər sakini Ü.Aslanov idarə etdiyi “Toyota” markalı avtomobillə piyadanı vurub
İyulun 19-da saat 20 radələrində Ağstafa şəhəri ərazisində şəhər sakini Ü.Aslanov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi R.Abdullayevanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.
Tərtər rayonunun Bəyimsarov kəndi ərazisində “VAZ-21723” markalı avtomobil yolun kənarındakı beton maneəyə çırpılıb
İyulun 19-da saat 13 radələrində Tərtər rayonunun Bəyimsarov kəndi ərazisində Bərdə rayon sakini K.Süleymanov idarə etdiyi “VAZ-21723” markalı avtomobili yolun kənarındakı beton maneəyə vurub. Nəticədə avtomobildə olan anası və körpə oğlu xəsarətlə xəstəxanaya yerləşdirilib, uşaq orada ölüb. Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 71 cinayətin açılması təmin olunub
18.07.2023
İyulun 18-də ölkə ərazisində qeydə alınan 71 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bakı-Qazax yolunun 260-cı kilometrliyində “KamAZ” markalı avtomobil çəkisini müəyyən etmək məqsədi ilə saxlanılıb
İyulun 18-də saat 12 radələrində Bakı-Qazax yolunun 260-cı kilometrliyində “KamAZ” markalı avtomobil çəkisini müəyyən etmək məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Tərəziyə dəvət olunan sürücü polisin qanuni tələbinə tabe olmayaraq avtomobili hərəkətə gətirib, patrul avtomobillərinin “Saxla” işarəsinə də məhəl qoymayaraq onların, həmçinin manevr qaydalarını pozub avtoxuliqanlıq hərəkətlərini davam etdirərək digər nəqliyyat vasitələrinin sürücülərinə qarşı da real təhlükə yaradıb.Görülən tədbirlərlə avtomobil dayandırılıb, bu zaman sürücü düşərək qaçmağa cəhd göstərib. Lakin polis əməkdaşlarının çevikliyi sayəsində o, saxlanılıb. Onun 37 yaşlı Balakən rayon sakini Asiman Əsgərov olması məlum olub və Yevlax Rayon Polis Şöbəsinə təhvil verilib.Araşdırma aparılır.
Xəzər rayonu ərazisindəki bir marketin seyfindən pul oğurlamaqda şübhəli bilinən Qubadlı rayon sakini saxlanılıb
İyulun 18-nə keçən gecə Xəzər rayonunun Binə qəsəbəsi ərazisindəki bir marketin seyfindən 732 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Qubadlı rayon sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş P.Qəhrəmanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakıxanov qəsəbəsindəki evlərin birindən təmir alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb
Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakıxanov qəsəbəsindəki evlərin birindən 3600 manat dəyərində təmir alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş F.Ələkbərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nizami rayonu ərazisində yerləşən ödəmə terminallarından birini yararsız hala salmaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb
İyulun 3-də Nizami rayonunun İ.Həbibov küçəsində yerləşən ödəmə terminallarından birinin yararsız hala salınması barədə polisə məlumat daxil olub.Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əmlakı qəsdən məhv etmədə şübhəli bilinən Bakı şəhər sakini Z.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.