Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Mobil telefon oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Z.Məmmədov müəyyən olunaraq saxlanılıb
22.07.2023
Gəncə ŞBPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 21-də F.Məmmədovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən şəhər sakini Z.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini E.İsmayılov saxlanılıb
Gəncə ŞBPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 21-də Yeni Gəncə qəsəbəsində E.Səidovanın velosipedini oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsmayılov saxlanılıb. Araşdırma aparılır.
Sabirabad rayonunun Surra kənd sakini E.Ələkbərovdan narkotik vasitələr götürülmüşdür
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Surra kənd sakini, əvvəllər məhkum olunmuş E.Ələkbərovdan 10 qrama yaxın heroin və 5 qramdan çox metamfetamin aşkar olunub. Davam etdirilən tədbirlərlə onun kənd ərazisindəki bir evdə gizlətdiyi 19 qramdan çox metamfetamin, 87 qrama yaxın heroin və 36 qramdan çox marixuana, öz evinə baxış zamanı isə 900 qram heroin aşkar olunaraq götürülüb.
Sabirabad rayonunun Qalaqayın kənd sakini S.Mikayılovdan qanunsuz saxladığı nömrəsi silinmiş ov tüfəngi götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qalaqayın kənd sakini S.Mikayılovdan qanunsuz saxladığı nömrəsi silinmiş “TOZ-B” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Şərur, Saatlı və Ağdaş rayonları ərazisində yabanı halda bitən və kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar olunmuşdur
Şərur Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Mahmudkənd kəndi ərazisində yabanı halda bitən 400 kiloqram çəkidə 3000 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib. Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Mustafabəyli kənd sakini R.Allahverdiyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu və 355 qram marixuana aşkar olunaraq götürülüb. Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Pirəzə kənd sakini E.İbişova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Göyçay rayonunun Cəyirli kəndi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət almış piyada M.Kərimov yerləşdirildiyi xəstəxanada ölmüşdür
İyulun 21-də saat 21 radələrində Göyçay rayonunun Cəyirli kəndi ərazisində rayon sakini Ə.Mirzəyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən M.Kərimovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada iyulun 22-də orada ölüb. Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 22-də saat 21 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini R.Quliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən qəsəbə sakini E.Quliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 22-də saat 20 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini C.Gərayev idarə etdiyi “Tofaş” markalı avtomobili dirəyə vurub. Nəticədə sürücü və sərnişini olan qardaşı Coşqun hadisə yerində ölüblər. Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.
Naxçıvan şəhərinin Qaraxanbəyli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 22-də saat 19 radələrində Naxçıvan şəhərinin Qaraxanbəyli kəndi ərazisində kənd sakini H.Mirzəyev idarə etdiyi “Sepigan” markalı motosikleti dirəyə vurub və nəticədə hadisə yerində ölüb. Naxçıvan Şəhər Polis İdarəsində araşdırma aparılır.
Naxçıvan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
İyulun 22-də saat 15 radələrində Naxçıvan şəhəri ərazisində şəhər sakini X.Rüstəmov idarə etdiyi “Mercedes” markalı avtomobillə Babək rayon sakini M.Fərzəliyevin yolun kənarında saxladığı “VAZ-21074” markalı avtomobili və yaxınlıqda dayanan bir piyadanı vurub. Nəticədə M.Fərzəliyev hadisə yerində ölüb, piyada isə xəstəxanaya yerləşdirilib. Naxçıvan Şəhər Polis İdarəsində araşdırma aparılır.