Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində bir avtomobildən pul oğurlamaqda şübhəli bilinən qəsəbə sakini olan bir yeniyetmə saxlanılıb
26.07.2023
Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində “BMW “markalı bir avtomobildən 3500 manat pul oğurlamaqda şübhəıli bilinən qəsəbə sakini olan bir yeniyetmə saxlanılıb. Araşdırma aparılır.
Binəqədi rayonu İ.P.Dadaşov küçəsində yerləşən mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən Abşeron rayon sakini saxlanılıb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində İ.P.Dadaşov küçəsində yerləşən mağazaların birindən noutbuk və 2 ədəd qol saatı oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini C.Qafarov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Şıx çimərliyində bir nəfərin çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini müəyyən olunaraq saxlanılıb
Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən lombarda saxta qızıl üzük verərək pul götürən Quba rayon sakini saxlanılıb
İyulun 20-də bir nəfərin Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən lombarda qızıl üzük verərək 350 manat pul alması, sonradan həmin üzüyün saxta olmasının müəyyən edilməsi barədə polisə məlumat daxil olub.Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Quba rayon sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş B.Qasımov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Naxçıvan Şəhər ərazisindəki bir evin həyətindən paltaryuyan maşın oğurlamaqda şübhəli bilinən Babək rayon sakini saxlanılıb
Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 29-da şəhər ərazisindəki bir evin həyətindən 2 ədəd paltaryuyan maşın oğurlamaqda şübhəli bilinən Babək rayon sakini İ.Əliyev saxlanılıb. Araşdırmalarla onun iyulun 24-də şəhər ərazisində daha bir mağazadan 1150 manat dəyərində mobil telefon oğurlaması da müəyyən olunub.
Sabirabad Rayon Moranlı kəndindəki fermaların birindən qoyun oğurlamaqda şübhəli bilinən kənd sakini saxlanılıb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Moranlı kəndindəki fermaların birindən 2 baş qoyun oğurlamaqda şübhəli bilinən kənd sakini İ.Əsədzadə saxlanılıb. Araşdırma aparılır.
Sabirabad Rayon Yastıqobu kənd sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yastıqobu kənd sakini V.Əhmədovdan qanunsuz saxladığı “İJ-58” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Hacıqabul dəmir yolu stansiyası ərazisində saxlanılan Hacıqabul rayon sakinindən marixuana aşkar olunaraq götürülüb
Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Hacıqabul dəmir yolu stansiyası ərazisində saxlanılan Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş X.İmanovdan 262 qramdan artıq marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş şəxsin yaşadığı evə baxış zamanı oradan heroin aşkar olunaraq götürülüb
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Həsənovun yaşadığı evə baxış zamanı oradan 1,4 kiloqram heroin aşkar olunaraq götürülüb.
Qazax Rayon Yuxarı Salahlı və Birinci Şıxlı kəndləri ərazisində yabanı halda bitən çətənə kolu aşkar olunaraq məhv edilib