Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şəmkir Rayon Tatarlı kəndi ərazisində yabanı halda bitmiş çətənə kolu aşkar olunaraq məhv edilib
24.07.2023
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Tatarlı kəndi ərazisində yabanı halda bitmiş 7,8 tondan artıq çəkidə 14000 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
İyulun 24-də saat 22 radələrində Sumqayıt şəhəri ərazisində Quba rayon sakini B.İsmayılov idarə etdiyi “Opel” markalı avtomobili aşırıb və nəticədə hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Qəbələ rayonunun Nic qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
Bir müddət əvvəl Hövsan qəsəbəsində azyaşlı qızı vuraraq hadisə yerindən qaçan moped sürücüsünü polislər saxlayıb
Bir müddət əvvəl Suraxanı rayonu Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsində naməlum şəxs idarə etdiyi mopedlə yolu keçən azyaşlı qızı vurub. Hadisədən sonra mopedin sürücüsü uşağa heç bir yardım göstərmədən hadisə yerindən uzaqlaşıb. Qəzadan sonra ağır xəsarət alan azyaşlının həyatı edilən tibbi müdaxilədən sonra xilas edilib. Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyat keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəzanı törədən mopedin sürücüsü, əvvəllər məhkum olunmuş Aydın Mahmudov saxlanılaraq istintaqa təqdim edilib. O, ifadəsində kuryer şirkətlərindən birində işlədiyini və qəzadan sonra polisdən yayınmaq məqsədi ilə idarə etdiyi mopedi satdığını bildirib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub
23.07.2023
İyulun 23-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Çiçək və Hökməli qəsəbələrində evlərdən oğurluq etməkdə şübhəli bilinən İmişli rayon sakini saxlanılıb
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Çiçək və Hökməli qəsəbələrində 2 evdən 2600 manat dəyərində qızıl-zinət əşyaları, 600 manat dəyərində məişət əşyaları və elektrik naqili, Çiçək qəsəbəsində yerləşən bir binanın qazanxanasından 1600 manat dəyərində mühərrik hissələri, elektrik naqili, təmir alətləri, 2 binanın zirzəmisindən 4250 manat dəyərində 4 ədəd velosiped, 2 ədəd monitor, müşahidə kamerası, istilik sistemləri, təmir alətləri və elektrik naqili oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ş.Məmmədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində mobil telefon oğurlamaqda şübhəli bilinən Astara rayon sakini saxlanılıb
İyulun 23-də Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində Şəmkir rayon sakini Ə.Abbasovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən Astara rayon sakini S.Məmmədov Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 10-cu Polis Bölməsinə təhvil verilib. Araşdırma aparılır.
“Koroğlu” stansiyası ərazisində yerləşən mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən axtarışda olan paytaxt sakini saxlanılıb
Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 23-də metronun “Koroğlu” stansiyası ərazisində yerləşən mağazaların birində satıcının mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş X.İsmayılov saxlanılıb. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən olunub.
Əmircan qəsəbə sakinindən narkotik maddələr aşkar olunaraq götürülüb
Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Əmircan qəsəbə sakini R.Hüseynovdan 55 ədəd metadon həbi, 15 qrama yaxın marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan 105 ədəd metadon həbi, 47 qrama yaxın metamfetamin və 81 qramdan çox marixuana götürülüb. Araşdırma aparılır.
Keşlə qəsəbəsi ərazisində bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri və Bərdə rayon sakini saxlanılıblar
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 12-də Keşlə qəsəbəsi ərazisində “KİA” markalı bir avtomobildən pul, 2 ədəd mobil telefon və sənəd, iyulun 21-də M.Ağayev küçəsində “Ravon” markalı avtomobildən pul və mobil telefon, iyulun 22-də paytaxt sakini A.Quliyevin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Y.Şirəliyev, F.Hacıyev və Bərdə rayon sakini H.Əliyev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.