Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Göyçay Rayon Çərəcə kəndi ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb
27.07.2023
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Çərəcə kəndi ərazisindəki mağazaların birindən 200 manat pul, 3356 manat dəyərində danışıq kartları, tütün məmulatı və spirtli içkilər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov saxlanılıb. Araşdırma aparılır.
Beyləqan Rayon Təzəkənd kənd sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Təzəkənd kənd sakini M.Quliyevdən qanunsuz saxladığı nömrəsi silinmiş “İJ” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılı
Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
İyulun 27-də saat 12 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində Masallı rayon sakini E.Kərimov idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Tovuz rayon sakini N.Qasımovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Nərimanov rayonunun Ə.Rəcəbli küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir
Gün ərzində ölkə ərazisində qeydə alınan 61 cinayətin açılması təmin olunub
26.07.2023
İyulun 26-da ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Həkimlər və televiziya aparıcılarının adından istifadə edərək dələduzluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb
Sosial şəbəkələrdə səhifələri olan həkimlər və televiziya aparıcılarının adından istifadə edərək onların dostluğunda olan şəxslərə qarşı dələduzluq edilməsi faktı üzrə son günlərdə mediada yayılan məlumatlar Daxili İşlər Nazirliyində nəzarətə götürülərək araşdırmalara başlanılıb. Nazirliyə daxil olan çoxsaylı şikayətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində onlayn yolla dələduzluq edən həmin şəxs - Lənkəran şəhər sakini Kəlbihüseyn Abuşovun qısa zamanda saxlanılması təmin olunub. Həmin şəxs ifadəsində sosial şəbəkələrdə həkimlərin və aparıcıların adından istifadə etdiyini və onların tanışlarının etibarından sui-istifadə edərək müxtəlif məbləğlərdə pul vəsaitləri aldığını bildirib. Araşdırmalar zamanı saxlanılan şəxsin, həmçinin televiziyaların birində efirə gedən verilişdə qonaq kimi iştirak etmək istəyən həkimləri, guya onların həmin kanalda çıxışını təşkil edəcəyi adı altında aldaraq pul vəsaitlərini ələ keçirdiyi də müəyyən edilib.Qeyd edək ki, saxlanılan şəxs əvvəllər də dələduzluq etdiyindən barəsində Cinayət işi mövcuddur və hazırda iş məhkəmə baxışındadır. K.Abuşovun etdiyi sonuncu hüquqazidd əməllər barəsində toplanmış material da baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə K.Abuşov həbs edilib. Araşdırmalar davam etdirilir.Youtube linki -https://www.youtube.com/watch?v=u8m5CuEtYTUWetransfer linki -https://we.tl/t-vZ8GPS5VNF
Bakı şəhər sakininin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Gəncə şəhər sakini saxlanılıb
Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 22-də Bakı şəhər sakini B.Elyasovun mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Hüseynov müəyyən olunaraq saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Şirvan Şəhər ərazisində bir qadının çantasından pul və bank kartını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 26-da şəhər ərazisində bir qadının çantasından 327 manat pul və bank kartını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Ş.Əliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.Araşdırma aparılır.
Bakı şəhər sakini olan bir nəfərin bank kartından pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini saxlanılıb
Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 17-də Bakı şəhər sakini olan bir nəfərin bank kartından hesabındakı 3220 manatını oğurlamaqda şübhəli bilinən paytaxt sakini N.Mahmudov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərinin birindən oğurluq etməkdə şübhəli bilinən qəsəbə sakini saxlanılıb
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Buzovna qəsəbəsi ərazisində yerləşən istirahət mərkəzlərinin birindən 500 manat dəyərində dondurma oğurlamaqda şübhəli bilinən qəsəbə sakini F.Məlikov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.