Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yasamal rayonu A.M.Şərifzadə küçəsində yerləşən bir mağazada satıcını kəsici alətlə hədələyərək quldurluq yolu ilə oradan geyim əşyası talamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Abbasov saxlanılıb
20.07.2023
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 20-də saat 12 radələrində A.M.Şərifzadə küçəsində yerləşən bir mağazada satıcını kəsici alətlə hədələyərək quldurluq yolu ilə oradan geyim əşyası talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş A.Abbasov saxlanılıb.Araşdırmalarla onun iyulun 18-də soyğunçuluq yolu ilə bir qadının içərisində pulu və mobil telefonu olan cüzdanını talaması da müəyyən olunub.Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Gözəllik salonunda bir qadının çantasından oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb
Səbail RPİ-nin 39-cu Polis Bölməsinə iyulun 18-də rayon ərazisində yerləşən gözəllik salonunda bir qadının çantasından içərisində pul, sənəd və bank kartları olan cüzdanının oğurlanması barədə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Abbasov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakinindən ov tüfəngi aşkar olunaraq götürülüb
Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini İ.İbrahimlidən lüləsi kəsilmiş “ZK” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Xətai rayonu ərazisindəki evlərin birindən qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini saxlanılıb
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 20-də rayon ərazisindəki evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini R.Cümşüdlü müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Ağstafa Rayon Soyuqbulaq qəsəbəsi ərazisində yabanı halda bitən çətənə kolu aşkar olunaraq məhv edilib
Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Soyuqbulaq qəsəbəsi ərazisində yabanı halda bitən 3,2 tondan artıq çəkidə 10510 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Laçın Rayon Qarıqışlaq kəndi ərazisində yabanı halda bitən çətənə kolu aşkar olunaraq məhv edilib
Laçın Rayon Polis Şöbəsi və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi əməkdaşlarının birgə keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Qarıqışlaq kəndi ərazisində yabanı halda bitən 2,3 tondan artıq çəkidə 5158 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Səbail rayon ərazisində avtomobillərdən içərilərində pul olan cüzdan və çantalar oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini saxlanılıb
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 11-dən 19-dək olan müddətdə rayon ərazisində 5 avtomobildən içərilərində ümumilikdə 500 manat və 4350 ABŞ dollarından çox vəsait olan cüzdan və çantalar oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş N.Ağayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir
İyulun 20-də saat 19 radələrində Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində Sabirabad rayon sakini F.Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sürücü və 3 sərnişini xəsarətlə xəstəxanaya yerləşdirilib, sürücü orada ölüb.Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub
19.07.2023
İyulun 19-da ölkə ərazisində qeydə alınan 50, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Goranboy rayonunun Dəliməmmədli şəhər sakini S.Bağırova məxsus həyətyanı sahədən 51 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Dəliməmmədli şəhər sakini S.Bağırova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 51 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.