Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub
27.07.2023
İyulun 27-də ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Qaradağ rayon ərazisindəki ticarət mərkəzlərinin birindən oğurluq etməkdə şübhəli bilinən Hacıqabul rayon sakini saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki ticarət mərkəzlərinin birində İmişli rayon sakini olan bir qadının içərisində 500 manat dəyərində geyim əşyaları olan çantasını oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini E.Bağırov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Paytaxt sakininə qarşı quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini və Sabirabad rayon sakini saxlanılıblar
Səbail rayonu ərazisində yerləşən restoranların birindən spirtli içkiləri oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Şıx çimərliyində bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən Şəki rayon sakini olan bir yeniyetmə saxlanılıb
Yasamal rayonu ərazisindəki mağazaların birindən oğuluq etməkdə şübhəli bilinən paytaxt sakini saxlanılıb
Bakı şəhər sakininin mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən paytaxt sakini saxlanılıb
Sumqayıt Şəhər Qurd dərəsi bağlar sahəsində yerləşən internet şirkətinə məxsus dəmir dirəyi oğurlamaqda şübhəli bilinən şəhər sakini saxlanılıb
Gəncə şəhər ərazisindəki evlərin birinin zirzəmisindən oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş şəxs saxlanılıb
Beyləqan Rayon Gödəklər kəndindəki evlərin birindən pul oğurlamaqda şübhəli bilinən kənd sakini saxlanılıb
Beyləqan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Gödəklər kəndindəki evlərin birindən 1600 manat pul oğurlamaqda şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş V.Fərzəliyev saxlanılıb. Araşdırma aparılır.