Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Bakı şəhər sakini A.Səfərovun velosipedini oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini V.Məmmədov saxlanılıb
06.08.2023
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 31-də Bakı şəhər sakini A.Səfərovun 1000 manat dəyərində velosipedini oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini V.Məmmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Səbail rayonu ərazisindəki mənzillərin birindən qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini G.Əliyeva saxlanılıb
Səbail rayonu ərazisindəki mənzillərin birindən 34.300 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini G.Əliyeva müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində yerləşən bazarda bir anbardan və bir avtomobil təmiri sexinin həyətindən oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri E.Allahverdiyev və X.Əhmədov saxlanılıblar
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində yerləşən bazarda bir anbardan 7 ədəd elektrik mühərriki, kompressor, qaz balonu, mühərrik qaldıran açar dəsti və 4 ədəd balans mühərriki, bir avtomobil təmiri sexinin həyətindən isə avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Sumqayıt sakinləri E.Allahverdiyev və əvvəllər məhkum olunmuş X.Əhmədov saxlanılıblar.Araşdırmalarla E.Allahverdiyevin borclu qismində axtarışda olması da müəyyən olunub.
Səbail rayonunun H.Z.Tağıyev küçəsindəki evlərdən birinin girişindən 2 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən S.Akulov saxlanılıb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində H.Z.Tağıyev küçəsindəki evlərdən birinin girişindən 2 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Akulov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bakı şəhər sakini R.Məlikovdan 67 qramdan artıq heroin və metamfetamin götürülüb
Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini R.Məlikovdan 67 qramdan artıq heroin və metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Lənkəran rayonunun Cil kənd sakini Ş.Ağayevin evinin həyətyanı sahəsindən 1 kiloqramdan artıq marixuana götürülüb
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cil kənd sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ş.Ağayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 11 qramdan artıq marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı həyətyanı sahədən əlavə 1 kiloqram 65 qram marixuana götürülüb.
Sabirabad şəhər sakini A.Əsədovun evindən 912 qram heroin götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əsədovun evinə baxış zamanı oradan 912 qram heroin aşkar olunaraq götürülüb.
Şəmkir rayonunun Çənlibel kəndi ərazisində “VAZ-2105” markalı avtomobil aşıb
Avqustun 6-da saat 2 radələrində Şəmkir rayonunun Çənlibel kəndi ərazisində rayon sakini R.Quliyev idarə etdiyi “VAZ-2105” markalı avtomobili aşırıb və nəticədə avtomobildəki sərnişin E.İbrahimov hadisə yerində ölüb.Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nərimanov rayonunun C.Hacıbəyli küçəsində “Mercedes” markalı avtomobillə moped toqquşub
Avqustun 6-da saat 12 radələrində Nərimanov rayonunun C.Hacıbəyli küçəsində Göyçay rayon sakini Ş.Qarayevin idarə etdiyi “Mercedes” markalı avtomobillə Lənkəran rayon sakini R.Səfərovun idarə etdiyi moped toqquşub və nəticədə mopedçi hadisə yerində ölüb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Salyan rayonunun Kolanı kəndi ərazisində “Nissan” markalı avtomobil yolun kənarında dayanan “Opel” markalı avtomobilə çırpılıb
Avqustun 6-da saat 10 radələrində Salyan rayonunun Kolanı kəndi ərazisində Cəlilabad rayon sakini A.Həsənov idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarında dayanan Ağstafa rayon sakini A.Qasımova məxsus “Opel” markalı avtomobilə vurub. Nəticədə A.Qasımovun sərnişini olan azyaşlı oğlu hadisə yerində ölüb, özü və digər avtomobildə olan sərnişin xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.