Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Lənkəran rayonunun Cil kənd sakini Ş.Ağayevin evinin həyətyanı sahəsindən 1 kiloqramdan artıq marixuana götürülüb
06.08.2023
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cil kənd sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ş.Ağayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 11 qramdan artıq marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə onun evinə baxış zamanı həyətyanı sahədən əlavə 1 kiloqram 65 qram marixuana götürülüb.
Sabirabad şəhər sakini A.Əsədovun evindən 912 qram heroin götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əsədovun evinə baxış zamanı oradan 912 qram heroin aşkar olunaraq götürülüb.
Şəmkir rayonunun Çənlibel kəndi ərazisində “VAZ-2105” markalı avtomobil aşıb
Avqustun 6-da saat 2 radələrində Şəmkir rayonunun Çənlibel kəndi ərazisində rayon sakini R.Quliyev idarə etdiyi “VAZ-2105” markalı avtomobili aşırıb və nəticədə avtomobildəki sərnişin E.İbrahimov hadisə yerində ölüb.Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nərimanov rayonunun C.Hacıbəyli küçəsində “Mercedes” markalı avtomobillə moped toqquşub
Avqustun 6-da saat 12 radələrində Nərimanov rayonunun C.Hacıbəyli küçəsində Göyçay rayon sakini Ş.Qarayevin idarə etdiyi “Mercedes” markalı avtomobillə Lənkəran rayon sakini R.Səfərovun idarə etdiyi moped toqquşub və nəticədə mopedçi hadisə yerində ölüb. Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
Salyan rayonunun Kolanı kəndi ərazisində “Nissan” markalı avtomobil yolun kənarında dayanan “Opel” markalı avtomobilə çırpılıb
Avqustun 6-da saat 10 radələrində Salyan rayonunun Kolanı kəndi ərazisində Cəlilabad rayon sakini A.Həsənov idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarında dayanan Ağstafa rayon sakini A.Qasımova məxsus “Opel” markalı avtomobilə vurub. Nəticədə A.Qasımovun sərnişini olan azyaşlı oğlu hadisə yerində ölüb, özü və digər avtomobildə olan sərnişin xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Kürdəmir rayonunun Karrar kəndi ərazisində “Ford Transit” markalı avtomobillə qarşıda gedən “KamAZ” markalı avtomobili vurub
Avqustun 6-da saat 2 radələrində Kürdəmir rayonunun Karrar kəndi ərazisində Gəncə şəhər sakini R.İsgəndərov idarə etdiyi “Ford Transit” markalı avtomobillə qarşıda gedən Bərdə rayon sakini A.Qurbanzadənin idarə etdiyi “KamAZ” markalı avtomobili vurub. Nəticədə xəstəxanaya yerləşdirilən R.İsgəndərov və sərnişini olan R.Heydərov ölüblər.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 47 cinayətin açılması təmin olunub
05.08.2023
Avqustun 5-də ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Baş Keşlə stansiyası ərazisindən 200 metr naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.Babayev saxlanılıb
Nəqliyyatda Baş Polis İdarəsinin Biləcəri stansiyası Xətt Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 29-da Baş Keşlə stansiyası ərazisindən 200 metr naqil oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Babayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nərimanov rayonu ərazisində bir qadının çantasından pul oğurlamaqda şübhəli bilinən iki yeniyetmə saxlanılıb
Avqustun 1-də Nərimanov rayonu ərazisində bir qadının çantasından 1350 manat pul oğurlamaqda şübhəli bilinən iki yeniyetmə 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
Vətəndaş O.Qoçəliyevə qarşı quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Nuriyev saxlanılıb
Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 1-də O.Qoçəliyevin qızıl boyunbağısını və mobil telefonununu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Nuriyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.