Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Axtarışda olan Sumqayıt şəhər sakini N.Hüseynovdan şəxsi axtarış zamanı heroin və metamfetamin aşkar olunaraq götürülüb
04.08.2023
Metropolitendə Polis İdarəsinin əməkdaşları tərəfindən görülən tədbirlərlə borclu qismində axtarışda olan Sumqayıt şəhər sakini N.Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı bir qadın və iki yeniyetmə müəyyən olunaraq saxlanılıblar
Avqustun 3-də Binəqədi qəsəbəsi ərazisində “Mercedes” markalı bir avtomobilin saxlanc yerindən 20.848 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı bir qadın və iki yeniyetmə müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Restoranların birindən 1650 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ü.Mənsimov saxlanılıb
Sabunçu RPİ 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 31-də Bakıxanov qəsəbəsi ərazisində yerləşən restoranların birindən 1650 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ü.Mənsimov saxlanılıb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən Masallı rayon sakini K.Məhərrəmov, Salyan rayon sakini R.Abdullayev və Sumqayıt şəhər sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 1-də Bakı şəhər sakini olan bir qadının içərisində pulu, bank kartları, sənədləri və 3000 manat dəyərində mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini K.Məhərrəmov, Salyan rayon sakini R.Abdullayev və Sumqayıt şəhər sakini olan bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Mənzillərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini Ə.Rəhimov saxlanılıb
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 3-də rayon ərazisindəki mənzillərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Rəhimov saxlanılıb. Araşdırmalarla onun daha iki evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub.
İki evdən ümumilikdə 5 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini Z.Səmədov saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 27-də rayon ərazisində iki evdən ümumilikdə 5 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Z.Səmədov saxlanılıb. Araşdırma aparılır.
560 manat dəyərində lotereya oğurlamaqda şübhəli bilinən paytaxt sakini V.Abbasov müəyyən olunaraq saxlanılıb
Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 25-də Bakı şəhər sakini A.Şahmurovun 560 manat dəyərində lotereyasını oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş V.Abbasov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Axtarışda olan R.Əzizov saxlanılıb
Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 326-cı (Rəsmi sənədləri, ştampları, möhürləri talama və ya məhv etmə) maddələri ilə axtarışda olan R.Əzizov saxlanılıb. Abşeron Rayon Polis İdarəsində aparılan araşdırmalarla onun rayonun Qobu, Atyalı və Aşağı Güzdək qəsəbələrində müxtəlif vaxtlarda 3 evdən pul və ümumlikdə dəyəri 10.000 manatdan çox olan qızıl-zinət əşyaları oğurlaması müəyyən olunub.
Oğurluqda və avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini B.Əsədov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Xırdalan şəhəri ərazisində bir evdən 2500 manat dəyərində 2 ədəd televizor, bir köşkdən 800 manat pul, bir evin zirzəmisindən isə velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Əsədov saxlanılıb. Araşdırmalarla onun daha bir evdən 4750 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlaması, həmçinin iyulun 31-də Xırdalan şəhəri ərazisindən “Toyota” markalı bir avtomobili qaçırması da müəyyən olunub.
Avtomobildən bank kartının oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini E.Nəcəfov müəyyən olunaraq saxlanılıb
Avqustun 3-də Gəncə şəhərində “Mercedes” markalı bir avtomobildən bank kartının oğurlanması və alış-veriş etməklə həmin kartla 99 manat dəyərində ödəniş edilməsi barədə polisə məlumat daxil olub. Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini E.Nəcəfov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.