Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabirabad rayon Yolçubəyli kənd sakini Ə.Mehbalıyevdən və Yastıqobu kənd sakini G.Əliyevdən qanunsuz saxladıqları 2 ov tüfəngi götürülüb
04.08.2023
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yolçubəyli kənd sakini Ə.Mehbalıyevdən və Yastıqobu kənd sakini G.Əliyevdən qanunsuz saxladıqları “TOZ-B” markalı 2 ov tüfəngi götürülüb. Araşdırma aparılır.
DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan rayon sakini P.Nağızadədən 4 qramdan artıq, idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı isə 825 qram heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Araşdırma aparılır. Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini A.Həsənovdan 1,7 kiloqram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır. Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini İ.Cavadovdan 7,7 kiloqramdan çox marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
“Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər keçirilmişdir
Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Yeni Həyat kəndi ərazisində yabanı halda bitən 240 kiloqram çəkidə 200 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib. Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Yeni-Şıxınlı kənd sakini M.Abdullayevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 8 ədəd çətənə kolu və 16 qrama yaxın marixuana, Pirəköçə kənd sakini, əvvəllər məhkum olunmuş K.Əsədova məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilən 9 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Talalar kənd sakini, əvvəllər məhkum olunmuş M.Puçaxova məxsus həyətyanı sahədən qurumağa yığılmış 9 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Quba rayonunun Ərməki kəndi ərazisində yol-nəqliyyat hadisəsi
Avqustun 4-də saat 19 radələrində Quba rayonunun Ərməki kəndi ərazisində rayon sakini H.Əzizov idarə etdiyi “KamAZ” markalı avtomobili aşırıb. Nəticədə avtomobildə olan sərnişin, rayon sakini Y.Əzimov hadisə yerində ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 48 cinayətin açılması təmin olunub
03.08.2023
Avqustun 3-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sumqayıt Şəhər sakinindən narkotik maddə aşkar edilərək götürülüb
Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birindən avtomobili qaçıran paytaxt sakini saxlanılıb
Avqustun 2-də saat 21 radələrində Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birindən “Hyundai” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.Xətai RPİ 36-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobilin paytaxt sakini N.Çatdayev tərəfindən qaçırılması və idarə edilərkən Cavanşir küçəsində “Kia” markalı avtomobillə toqquşması müəyyən olunub.Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən N.Çatdayev polis əməkdaşları tərəfindən saxlanılıb.Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Nərimanov Rayon ərazisindəki ödəmə terminalından oğurluğa cəhd göstərən Bakı şəhər sakinləri saxlanılıblar
Nərimanov Rayon ərazisindəki evlərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Ucar rayon sakinləri saxlanılıblar
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 2-də rayon ərazisindəki evlərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Ucar rayon sakinləri, əvvəllər məhkum olunmuşlar – V.İslamov və Q.Lətifov saxlanılıblar.Araşdırmalarla onların rayon ərazisindəki daha 8 evdən pul, bank kartı və 9 ədəd mobil telefon oğurlamaları da müəyyən olunub.
Şəmkir Rayon Çinarlı qəsəbə sakininə məxsus həyətyanı sahədən çətənə kolu aşkar olunaraq götürülüb