Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Nizami Rayon ərazisində Bakı şəhər sakinləri saxlanılıblar və onlardan metamfetamin aşkar edilərək götürülüb
03.08.2023
Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakinləri F.Qafarov və R.Ağamalıyev saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar edilərək götürülüb.Davam etdirilən tədbirlərlə R.Ağamalıyevin idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı oradan əlavə olaraq 2 kiloqramdan artıq heroin götürülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 73 cinayətin açılması təmin olunub
02.08.2023
Avqustun 2-də ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 19 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
İmişli Rayon Qızılkənd kəndi ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini və Bakı şəhər sakini saxlanılıblar
Binəqədi qəsəbəsindəki evlərin birindən seyfdən pul və qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan yeniyetmə müəyyən olunaraq saxlanılıb
Naxçıvan Şəhər Rabitə İdarəsinin anbarından akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini saxlanılıb
Türkan qəsəbəsindəki çimərlikdən avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Maştağa qəsəbəsi ərazisində avtomobillə saxlanılıb
Naxçıvan şəhəri ərazisindən avtomobil qaçıran şəhər sakinləri saxlanılıblar
Avqustun 2-də saat 16 radələrində Naxçıvan şəhəri ərazisindən “Audi” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.Naxçıvan ŞPİ 1-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla avtomobilin şəhər sakinləri R.Həsənov və bir yeniyetmə tərəfindən qaçırılması, idarə edilərkən “QAZ-3110” markalı avtomobilə vurulması müəyyən olunub.Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən R.Həsənov və həmin yeniyetmə saxlanılıblar. Araşdırma aparılır.
Binəqədi qəsəbəsi ərazisindən Bakı şəhər sakininə məxsus motosikleti oğurlamaqda şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb
Hacıqabul Rayon ərazisində saxlanılan şəhər sakinindən narkotik maddələr və tüfəng aşkar olunaraq götürülüb
Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Həşimovdan 22 qramdan artıq tiryək və 1 ədəd lüləsi və qundağı kəsilmiş “İJ-18” markalı tüfəng aşkar olunaraq götürülüb. Araşdırma aparılır
Sabirabad Rayon Qaragüney kənd sakinindən qanunsuz saxladığı ov tüfəngi götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaragüney kənd sakini İ.Yusifovdan qanunsuz saxladığı “Toz” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.