Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Culfa şəhərindəki evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən şəhər sakinləri A.Səfərov, V.Həşimov və K.Əliyev saxlanılıblar
05.08.2023
Avqustun 2-də Culfa şəhərindəki evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub. Culfa Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəhər sakinləri A.Səfərov, V.Həşimov və K.Əliyev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.
Salyan rayon sakini S.Hüseynlidən marixuana götürülüb
Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan rayon sakini S.Hüseynlidən 450 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Laçın rayon sakini S.İbrahimovdan və Goranboy rayonunda yaşayan Ə.Şahzadəyevdən qanunsuz saxladıqları ov tüfəngləri aşkar olunaraq götürülüb
Xocalı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Laçın rayon sakini S.İbrahimovdan “Adler-Arms” markalı, Goranboy rayonunun Börü kəndində yaşayan Ə.Şahzadəyevin evinə baxış zamanı isə qanunsuz saxladığı “İJ” markalı ov tüfəngləri aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Sabirabad rayon sakinləri Ə.Vəliyevdən və Ə.Mirzəyevdən qanunsuz saxladıqları ov tüfəngləri götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Nəsimikənd kənd sakini Ə.Vəliyevdən qanunsuz saxladığı “Tula”, Rüstəmli kənd sakini Ə.Mirzəyevdən isə qanunsuz saxladığı “İJ”markalı ov tüfəngləri götürülüb. Araşdırma aparılır.
Şərur rayonunun Dərvişlər və Xələc kəndləri ərazisində 3 hektar sahədən yabanı halda bitən çətənə kolları məhv edilib
Şərur Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Dərvişlər və Xələc kəndləri ərazisində 3 hektar sahədən yabanı halda bitən 3000 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Xətai rayonunun R.Quliyev küçəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb
Avqustun 5-də saat 11 radələrində Xətai rayonunun R.Quliyev küçəsində Bakı şəhər sakinləri G.Süleymanlının idarə etdiyi “Toyota” və Ə.Səlimlinin idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub və sonradan “Toyota” markalı avtomobil yolu keçən G.Mehdiyevanı, Ü.Nərimanlını və azyaşlı qızını vurub. Nəticədə piyadalar və Ə.Səlimlinin 4 sərnişini xəstəxanaya yerləşdirilib, G.Mehdiyeva avqustun 6-da ölüb.Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Gəncə şəhəri ərazisində əcnəbi vətəndaş idarə etdiyi avtomobili yolun kənarındakı ağaca vurub
Avqustun 5-də saat 3 radələrində Gəncə şəhəri ərazisində əcnəbi vətəndaş idarə etdiyi “Toyota” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə avtomobildəki sərnişin, Şəmkir rayon sakini E.Abdullayev hadisə yerində ölüb, sürücü və digər 2 sərnişin xəstəxanaya yerləşdirilib, onlardan A.Lətifova orada ölüb.Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Ötən gün Abşeron rayonunda polisin keçirdiyi profilaktik tədbirlər zamanı cinayət və inzibati xarakterli ümumilikdə 1710 fakt aşkar olunub
Abşeron Rayon Polis İdarəsi və ərazi üzrə polis bölmələri avqustun 4-də hüquqpozmalara qarşı növbəti dəfə gücləndirilmiş əməliyyat-profilaktiki tədbirlər keçiriblər.Tədbirlər çərçivəsində Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən, əvvəllər məhkum olunmuş Ramil Hüseynov Hökməli qəsəbəsi ərazisində saxlanılıb. Onun üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq və 6 ədəd patron aşkar edilib. Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı da üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş Fərman Muradov saxlanılıb. Ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar edilib.Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı da üzərində qanunsuz olaraq odlu silah saxlayan Absət Abdullayev və Novxanı qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi təşkil edən əvvəllər məhkum olunmuş Balabəy Ağadadaşov da saxlanılıblar. Onlardan 1 ədəd “TT” markalı tapança, 8 ədəd patron və 1 kiloqramdan artıq heroin aşkar edilib. Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılan əvvəllər dəfələrlə məhkum olunmuş Şahmar Sadiqovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd daraq və 9 ədəd patron aşkar edilib. Digər əməliyyat zamanı Abşeron rayonunda silsilə oğurluqlar və müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan 9, “isti izlərlə” cinayətin açılması üzrə 30, narkotiklə əlaqəli cinayətlərə görə 9 nəfər saxlanılıb. Ötən gün Abşeron rayonunda keçirilən əməliyyat-profilaktiki tədbirlər zamanı qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 82, xırda xuliqanlığa və xırda talamaya görə 30 fakt aşkarlanıb, mülki axtarışda olan 27 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bununla yanaşı, yol hərəkəti qaydalarını pozan 105 sürücü inzibati məsuliyyətə cəlb edilib. Avtomobilinə əlavə avadanlıqlar quraşdıran, sərxoş vəziyyərdə və narkotik vasitənin təsiri altında sükan arxasında əyləşən, konstruksiya dəyişikliyi edən 18 sürücü müəyyən edilib, dayanma-durma qaydalarının pozulmasına görə 196 fakt üzrə protokol tərtib olunub. Ötən gün Abşeron rayonunda polisin keçirdiyi profilaktik tədbirlər zamanı cinayət və inzibati xarakterli ümumilikdə 1710 fakt aşkar olunub.
Gün ərzində ölkə ərazisində qeydə alınan 85 cinayətin açılması təmin olunub
04.08.2023
Avqustun 4-də ölkə ərazisində qeydə alınan 85, əvvəlki dövrlərdən bağlı qalan 31 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşlarının sayıqlığı və operativliyi ilə ödəmə terminalından oğurluğa cəhd göstərən şəxs saxlanılıb
Avqustun 4-də gecə saat 4 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisindəki marketlərin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən şəxs Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun Göyçay rayon sakini H.Nağıyev olması məlum olub və 38-ci Polis Bölməsinə təhvil verilib. Polis Bölməsində aparılan araşdırmalarla onun həmin gün səhər saatlarında Sahil qəsəbəsi ərazisində yerləşən bir lombarddan oğurluğa cəhd göstərməsi də müəyyən olunub.