DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Yasamalda polisin keçirdiyi əməliyyatları zamanı 10 kiloqram narkotik vasitə aşkar edilib

23.03.2024

Yasamal Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşları tərəfindən son 30 gün ərzində keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə bağlı 65 fakt müəyyən edilib. Qanunsuz dövriyyədən 10 kiloqram, o cümlədən 5 kiloqram heroin, 2 kiloqram tiryək, 2 kiloqram marixuana və 1 kiloqram psixotrop maddə metamfetamin çıxarılıb. Saxlanılanlar narkotikləri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=ZdpSrHTJjxQ 

23.03.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 25 cinayətin açılması təmin olunub 23.03.2024
  • Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir  23.03.2024
  • Ümumi çəkisi 28,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 23.03.2024
  • Xankəndi şəhər ərazisindən ümumilikdə 15 avtomat silahı, 4 pulemyot, 7 qumbara, 6 tüfəng, 52 patron darağı, 5 alışdırıcı, 5014 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb 23.03.2024
  • Oğurluqda şübhəli bilinən X.Tapdıqov və İ.Məmmədov saxlanılıblar 23.03.2024
  • Oğurluq əməlində şübhəli bilinən H.Sultanov müəyyən olunaraq saxlanılıb 23.03.2024
  • Yasamalda polisin keçirdiyi əməliyyatları zamanı 10 kiloqram narkotik vasitə aşkar edilib 23.03.2024