Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Fevralın 24-də və 25-də ümumi çəkisi 53,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
25.02.2024
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 24-də və 25-də ümumi çəkisi 53,5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 11 kiloqrama yaxın heroin, 41,6 kiloqramdan çox marixuana, 1 kiloqramdan artıq tiryək və metamfetamin, həmçinin 240 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində bir nəfərə qarşı soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən D.Qəhrəmanov saxlanılıb
Fevralın 24-də axşam saatlarında Sulutəpə qəsəbəsi ərazisində bir nəfərin mobil telefonu, qulaqlığı, içərisində pulu, bank kartları və sənədi olan pulqabısının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub. Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş D.Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən pul oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 24-də rayon ərazisində yerləşən mağazaların birindən 1100 manat pul oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Onun əvvəllər də oğurluğa görə məhkum olunduğu məlum olub.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub
24.02.2024
Fevralın 24-də ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Sumqayıt şəhəri ərazisində saxlanılan Z.Pənahdan silah-sursat və narkotik vasitələr aşkar olunaraq götürülüb
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Z.Pənah şəhər ərazisində saxlanılıb. Ondan “AKS” markalı avtomat silahı, 1 ədəd patron darağı, 7 ədəd patron, həmçinin 945 qram tiryək və 970 qram marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Buzovna qəsəbəsi ərazisindən “Opel” markalı avtomobili qaçırmaqda şübhəli bilinən yeniyetmə Nəsimi rayonu ərazisində avtomobillə saxlanılıb
Fevralın 24-də gecə saatlarında Buzovna qəsəbəsi ərazisindən “Opel” markalı avtomobilin qaçırılması barədə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən yeniyetmə Nəsimi rayonu ərazisində avtomobillə saxlanılıb. Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Sumqayıt şəhərinin 15-ci məhəlləsi ərazisində mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən Ə.Əliyev və A.Quliyev saxlanılıblar
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 15-ci məhəllə ərazisində mağazaların birindən 1800 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar Ə.Əliyev və A.Quliyev müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub
23.02.2024
Fevralın 23-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Fevralın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd tapança, 1 ədəd qumbara, 1 alışdırıcı, 16 ədəd müxtəlif markalı tüfəng və 157 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 23-də Xankəndi şəhəri ərazisində 5 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 8 ədəd qumbara, 28 patron darağı, 705 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.