Ceyranbatan qəsəbəsi ərazisindən “MAN” markalı avtomobili qaçırmaqda şübhəli bilinən S.Mehdiyev Qaradağ rayonu ərazisində avtomobillə saxlanılıb
26.03.2024Martın 25-də Ceyranbatan qəsəbəsi ərazisindən “MAN” markalı avtomobilin qaçırılması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən S.Mehdiyev Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində avtomobillə saxlanılıb. O, 38-ci Polis Bölməsinə təhvil verilib.
Araşdırma aparılır.