Ümumi çəkisi 5,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
26.03.2024Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 26-da ümumi çəkisi 5,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2,5 kiloqramdan artıq heroin, 2,1 kiloqramdan çox marixuana, 1,3 kiloqrama yaxın tiryək olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.