DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Xankəndinin təhlükəsiz şəhərə çevrilməsi üçün DİN əməkdaşları əzmlə çalışır

27.03.2024

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.
Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir. Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. 
Tədbirlərlə 16-26 mart tarixlərində polis əməkdaşları tərəfindən təkcə Xankəndi şəhəri ərazisindən 64 ədəd müxtəlif markalı avtomat silahı, 7 pulemyot, 21 tüfəng, 8 tapança, 78 qumbara, 1 saatlı bomba, 1 qumbaraatan, 46 alışdırıcı, 361 patron darağı, 33.742 ədəd müxtəlif çaplı patron, 6160 ədəd mərmi, 9 ədəd süngü-bıçaq və digər sursatlar aşkarlanıb.
Bundan başqa, Novruz bayramı günlərində işğaldan azad olunmuş ərazilərə icazəsi olan şəxslərin sərbəst keçidi təmin edilib. Bölgədə hərəkətinə icazə verilən şəxslərlə bağlı hər hansı hüquqazidd hal baş verməyib.

Youtube linki - https://www.youtube.com/watch?v=5zIO2clYLjQ  

27.03.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub 27.03.2024
  • Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir  27.03.2024
  • Ümumi çəkisi 23,8 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 27.03.2024
  • Xankəndi şəhəri ərazisindən silah və sursatlar aşkar olunaraq götürülüb 27.03.2024
  • Paytaxt sakininin içərisində bank kartları və sənədi olan pulqabısını oğurlamaqda və kartından 300 manatı çıxarmaqda şübhəli bilinən İ.Bağırov müəyyən olunaraq saxlanılıb 27.03.2024
  • Xətai rayonu ərazisində bir nəfərə məxsus çantanı oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb 27.03.2024
  • Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan X.Həmzəyevanın evindən 1 kiloqram 71 qramdan artıq heroin aşkar olunaraq götürülüb 27.03.2024
  • Xankəndinin təhlükəsiz şəhərə çevrilməsi üçün DİN əməkdaşları əzmlə çalışır 27.03.2024