Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Narkotiklərin satışı ilə məşğul olduqları üçün BMCMİ tərəfindən saxlanılan 12 nəfərdən 46 kiloqram narkotik vasitə aşkar edilib
28.02.2024
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının son bir-neçə gün ərazində paytaxt və bölgələrdə narkotiklərin satışı ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində həyata keçirdikləri silsilə tədbirlər zamanı 12 nəfər saxlanılıb. Onlardan ümumilikdə 46 kiloqram heroin, marixuana, metamfetamin, eləcə də digər növdən olan narkotik maddələr və 80 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib. Saxlanılan şəxslərdən 1997-ci il təvəllüdlü Həsənov Əlövsət Əlif oğlu, 1984-cü il təvəllüdlü Babayev Əhməd Sabir oğlu və 1985-ci il təvəllüdlü Hacıyev Elşad İbrahim oğlu ölkəyə qanunsuz yollarla göndərilən narkotiklərin Azərbaycandakı əsas tədarükçülərindən olublar.Faktlarla bağlı cinayət işləri başlanılıb. Saxlanılanların hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 86 cinayətin açılması təmin olunub
27.02.2024
Fevralın 27-də ölkə ərazisində qeydə alınan 74, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Fevralın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı, 1 ədəd qumbara, 9 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və 6 patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
Fevralın 27-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 ədəd avtomat silahı, 1 patron darağı və 56 ədəd patron aşkar edilərək götürülüb.
Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 27-də Xankəndi şəhəri ərazisində 3 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 5 tüfəng, 49 ədəd qumbara, 61 qumbara alışdırıcısı, 17 ədəd partlayıcı, 236 patron darağı, 12255 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Ümumi çəkisi 30,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 27-də ümumi çəkisi 30,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,3 kiloqramdan artıq heroin, 22,5 kiloqramdan çox marixuana, 490 qram tiryək, 2 kiloqramdan çox metamfetamin, həmçinin 427 ədəd metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Səbail rayonu ərazisində saxlanılan N.Xudiyevdən 3 kiloqramdan artıq marixuana götürülüb
Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə N.Xudiyev rayon ərazisində saxlanılıb. Ondan 3 kiloqram 470 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Suraxanı rayonunun Əmircan qəsəbəsində bir evdən mobil telefon oğurlamaqda şübhəli bilinən R.Fərzəliyev saxlanılıb
Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə fevralın 10-da Əmircan qəsəbəsində bir evdən mobil telefon oğurlamaqda şübhəli bilinən R.Fərzəliyev saxlanılıb. Ondan 1 kiloqram 85 qram metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Abşeron rayonu ərazisində saxlanılan Ə.Alışovdan narkotik vasitələr və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə Ə.Alışov rayon ərazisində saxlanılıb. Ondan 60 qramdan artıq marixuana, 17 qramdan çox metamfetamin, idarə etdiyi “Nissan” markalı avtomobilə baxış zamanı isə 590 qram marixuana, 390 qram metamfetamin və 2 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Qaradağ rayonu ərazisindəki ticarət mərkəzində mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən A.Seyidov saxlanılıb
Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki ticarət mərkəzində mağazaların birindən 4500 manat dəyərində yataq dəstləri oğurlamaqda şübhəli bilinən A.Seyidov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.