DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi 157 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb

26.03.2024

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları “NARKOTƏLƏ” şərti adı altında martın əvvəlindən bu günə kimi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 30-a yaxın əməliyyat keçirib. Nəticədə 28 nəfər və 2 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 13-ü ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olub. Əməliyyatlarla “qara bazar”-da dəyəri 6 milyon manat olan 157 kiloqram, o cümlədən 91 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 42  kiloqram heroin, 17 kiloqram metamfetamin, 7 kiloqram tiryək, həmçinin digər növdən olan narkotik vasitə, 12 min 211 ədəd psixotrop tərkibli metadon, tramadol, lirika həbi, 1 ədəd “Makarov” tapançası, 13 ədəd patron və 2 ədəd patron sandıqçası ələ keçirilib. Saxlanılan şəxslərin qeyri-qanuni yollarla İrandan ölkəmizə gətirdikləri narkotikləri ölkə ərazisində satmaq üçün əldə etdikləri müəyyən olunub. 
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=BB0NXQx54Xw

 

 

 

 

26.03.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 47 cinayətin açılması təmin olunub 26.03.2024
  • DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi 157 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb 26.03.2024
  • Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir 26.03.2024
  • Ümumi çəkisi 5,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 26.03.2024
  • Ceyranbatan qəsəbəsi ərazisindən “MAN” markalı avtomobili qaçırmaqda şübhəli bilinən S.Mehdiyev Qaradağ rayonu ərazisində avtomobillə saxlanılıb 26.03.2024
  • Nərimanov rayonu ərazisindəki mağazaların birindən 2500 manat dəyərində elektron siqaret oğurlamaqda şübhəli bilinən E.Azizov saxlanılıb 26.03.2024
  • Gəncə şəhəri ərazisindəki avtomobil təmiri sexlərinin birindən 1350 manat pul oğurlamaqda şübhəli bilinən A.Alıyev saxlanılıb 26.03.2024
  • Xırdalan şəhər sakininin bank kartından 290 manatını oğurlamaqda şübhəli bilinən E.Kazımov saxlanılıb 26.03.2024