Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 70 cinayətin açılması təmin olunub
21.02.2024
Fevralın 21-də ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Fevralın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı avtomat silahı, 2 qumbara, 18 ədəd müxtəlif markalı tüfəng, 3 patron darağı və 138 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Xankəndi şəhəri ərazisində silah-sursat aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 21-də Xankəndi şəhəri ərazisində 2 ədəd müxtəlif markalı avtomat silahı, 3 tüfəng, 10 ədəd qumbara, 16 patron darağı, 2950 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
Ümumi çəkisi 3,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 21-də ümumi çəkisi 3,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Bank kartlarından oğurluq edənlər saxlanılıb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Bakı və Sumqayıt şəhərlərində 3 nəfərin bank kartlarından oğurluq etməkdə şübhəli bilinən 3 qadın saxlanılıb. Fevralın 12-də paytaxt sakinləri olan bir nəfərin bank kartından 1850 manatını, digər bir nəfərin bank kartından 1000 manatını, Sumqayıt şəhərində isə bir nəfərin bank kartından 150 manatını oğurlamaqda şübhəli bilinən 3 qadın polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Hər üç faktla bağlı araşdırma aparılır.
Narkotiklə tutulan şəxslərin bank kartlarından oğurluq etmələri də müəyyən olunub
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə əvvəllər məhkum olunmuşlar H.Yadigarlı və R.Səlimzadə saxlanılıblar. Onlardan metamfetamin aşkar olunaraq götürülüb.H.Yadigarlının müxtəlif vaxtlarda 2 nəfərin bank kartından ümumilikdə 650 manat, R.Səlimzadənin isə 2 nəfərin bank kartlarından ümumilikdə 200 manat pul oğurlaması, bir nəfəri isə aldadaraq 130 manat pulunu alması müəyyən olunub. Hər iki faktla bağlı araşdırma aparılır.
Sumqayıt dəmir yolu stansiyası ərazisində bir nəfərin çantasını oğurlamaqda şübhəli bilinən M.Məmmədov saxlanılıb
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 20-də Sumqayıt dəmir yolu stansiyası ərazisində bir nəfərin içərisində pulu və bank kartları olan çantasını oğurlamaqda şübhəli bilinən M.Məmmədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Nizami rayonu ərazisində bir nəfərə qarşı soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən bir qrup şəxs saxlanılıb
Nizami rayonu ərazisində bir nəfərin 1100 manat pulunun və qol saatının soyğunçuluq yolu ilə talanması barədə 23-cü Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən M.Məmmədov, S.Əzizov və daha 2 qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nizami rayonu ərazisində yerləşən mərc oyunları məntəqələrinin birindən oğurluq etməkdə şübhəli bilinən A.Mehbalıyev saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən mərc oyunları məntəqələrinin birindən 1530 manat dəyərində lotereya biletləri, mobil telefon və 3 ədəd notbuk oğurlamaqda şübhəli bilinən A.Mehbalıyev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nizami rayonu ərazisində yerləşən avtoservislərin birində ustanın 3400 manat pulunu oğurlamaqda şübhəli bilinən İ.Çobanov saxlanılıb
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 16-da rayon ərazisində yerləşən avtoservislərin birində ustanın 3400 manat pulunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş İ.Çobanov saxlanılıb. Araşdırma aparılır.