Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Yasamal rayonu ərazisindən “Toyota” markalı avtomobili qaçırmaqda şübhəli bilinən O.Dadaşov avtomobillə saxlanılıb
16.04.2024
Aprelin 14-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Yasamal rayonu ərazisindən “Toyota” markalı avtomobil qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş O.Dadaşov avtomobillə saxlanılıb.Araşdırmalarla O.Dadaşovun aprelin 5-nə keçən gecə Nəsimi rayonu ərazisində daha bir “Toyota” markalı avtomobildən mobil telefon və həmin avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlaması da müəyyən olunub. Qeyd edilən dövlət qeydiyyat nişanları polis əməkdaşları tərəfindən avtomobilin sahibinə qaytarılıb.
Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində bir evin həyətindən inşaat materialları oğurlamaqda şübhəli bilinən T.Xəlilov saxlanılıb
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Qaraçuxur qəsəbəsində bir evin həyətindən 2000 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən T.Xəlilov saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 41 cinayətin açılması təmin olunub
15.04.2024
Aprelin 15-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Nərimanov rayonunda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb
Nərimanov rayonunda yaşayış binalarından birinin girişində azyaşlıya qarşı əxlaqsız hərəkətlərin edilməsi barədə polisə məlumat daxil olub. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törədən Maksim Məmmədov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, o, əvvəlcə azyaşlını izləyib. Daha sonra binanın girişində yaxınlaşaraq ona qarşı əxlaqsız hərəkətlər edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Nərimanov rayon məhkəməsinin qərarı ilə M.Məmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu şəxsin analoji əməllərindən zərər çəkən başqa şəxslər polis orqanlarına müraciət edə bilərlər.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir
Aprelin 15-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 5 tüfəng və 28 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir
Aprelin 15-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.
Xankəndi şəhəri ərazisindən silah-sursat tapılmışdır
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 15-də Xankəndi şəhəri ərazisindən 27 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 1 pulemyot-tapança, 4 tapança, 3 tüfəng, 14 qumbara, 1 qumbaraatan, 5 alışdırıcı, 3 mina başlığı, 2 mərmi, 15 pulemyot lenti, 74 patron darağı, 3130 ədəd müxtəlif çaplı patron, 2 rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən S.Abbasov Lerik rayonunun Piran kəndi ərazisində avtomobillə birgə saxlanılıb
Aprelin 15-nə keçən gecə Binəqədi rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birindən “BMW” markalı avtomobilin qaçırılması barədə 5-ci Polis Bölməsinə məlumat daxil olub.Araşdırmalarla avtomobilin avtoyuma məntəqəsinin işçisi tərəfindən qaçırılması müəyyən olunub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş S.Abbasov Lerik rayonunun Piran kəndi ərazisində avtomobillə birgə saxlanılıb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən S.Həsənov müəyyən olunaraq saxlanılıb
Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 4-də paytaxt sakininin bank kartından 340 manatını oğurlamaqda şübhəli bilinən S.Həsənov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
3 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən A.Mehdiyev müəyyən olunaraq saxlanılıb
Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən bir evdən 3 ədəd kondisioner oğurlamaqda şübhəli bilinən A.Mehdiyev müəyyən olunaraq saxlanılıb. Ondan metamfetamin aşkar olunaraq götürülüb.Araşdırma aparılır.