DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bakıda qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs edilib

15.05.2024

Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində bir qadına zor tətbiq etməklə əxlaqsız hərəkətlərin törədildiyi barədə polisə məlumat daxil olub.
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törədən 1992-ci il təvəllüdlü Xəyal Ağayev saxlanılıb. 
Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxs zərərçəkəni avtobusda görəndən sonra onu izləməyə başlayıb. Daha sonra heç kimin olmadığı ərazidə yaxınlaşaraq ona qarşı əxlaqsız hərəkətlər edib. 
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi, başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
X.Ağayevin qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.

Youtube linki - https://www.youtube.com/watch?v=sP7PdwAb524

 

15.05.2024 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 79 cinayətin açılması təmin olunub 15.05.2024
  • Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisindən “KamAZ” markalı avtomobili qaçırmaqda şübhəli bilinən N.Süleymanov avtomobillə birgə saxlanılıb 15.05.2024
  • Mayın 15-də ümumi çəkisi 3,5 kiloqramdan çox narkotik vasitə aşkar olunaraq götürülüb 15.05.2024
  • Qanunsuz saxlanılan odlu silah və sursatlar təhvil götürülüb 15.05.2024
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb 15.05.2024
  • Bakıda qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs həbs edilib 15.05.2024