Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt şəhəri ərazisində 2 evdən naqil və kombi aparatı hissələrini oğurlamaqda şübhəli bilinən K.Mustafayev və S.Abuşov saxlanılıblar
25.06.2024
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda H.Z.Tağıyev və Kimyaçılar qəsəbələrində 2 evdən naqil və kombi aparatı hissələrini oğurlamaqda şübhəli bilinən K.Mustafayev və əvvəllər məhkum olunmuş S.Abuşov saxlanılıb. Araşdırma aparılır.
Quba və Sumqayıt şəhər sakinləri olan 2 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən paytaxt sakini G.Kazımov saxlanılıb
Quba və Sumqayıt şəhər sakinləri olan 2 nəfəri aldadan şəxsin hər birinə hesabına 461 manat pul ödətdirməsi barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş G.Kazımov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Şəki rayonunun Aşağı Layısqı kənd sakini T.Əlimova məxsus həyətyanı sahədən 44 ədəd çətənə kolu götürülüb
Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Aşağı Layısqı kənd sakini T.Əlimova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 44 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Daşkəsən rayonunun Bayan kənd sakini Ə.Rəsulova məxsus həyətyanı sahədən çətənə kolları və toxumları aşkar olunaraq götürülüb
Daşkəsən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Bayan kənd sakini əvvəllər məhkum olunmuş Ə.Rəsulova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 15 ədəd çətənə kolu və çətənə toxumları aşkar olunaraq götürülüb.
Sabirabad şəhər sakini M.Miriyevdən 435 qram marixuana götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Sabirabad şəhər sakini əvvəllər məhkum olunmuş M.Miriyevdən 435 qram marixuana götürülüb.
Saatlı rayonunun Mustafabəyli kənd sakini Z.Rəcəbova məxsus həyətyanı sahədən çətənə kolları aşkar edilərək götürülüb
Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Mustafabəyli kənd sakini Z.Rəcəbova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 53 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Saatlı rayonunun Mustafabəyli kənd sakini M.Novruzova məxsus həyətyanı sahədən 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb
Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Mustafabəyli kənd sakini M.Novruzova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Neftçala rayon sakini E.Cəfərova məxsus həyətyanı sahədən 10 ədəd çətənə kolu aşkarlanaraq götürülüb
Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini E.Cəfərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 10 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Yardımlı rayonunun Aral kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Aral kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,3 tondan çox 8214 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Zaqatala rayonunun Mosul kəndi ərazisində yabanı bitmiş çətənə kolları məhv edilib
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Mosul kəndi ərazisində yabanı bitmiş 4,9 ton çəkidə 9865 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.