Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Siyəzən şəhər sakini E.Məmmədovun yetişdirdiyi 12 ədəd çətənə kolu aşkarlanaraq götürülüb
26.06.2024
Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini E.Məmmədovun Balaca Həmyə kəndi ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 12 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Araşdırma aparılır.
Laçın rayonunun Qarıqışlaq kəndinin ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qarıqışlaq kəndinin ərazisində yabanı halda bitmiş 1,2 tondan çox çəkidə 6050 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 21 ədəd tüfəng təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. İyunun 26-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tapança, 1 tüfəng, 3 patron darağı və 16 ədəd patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 6 kiloqrama yaxın narkotik vasitə və 35 ədəd çətənə kolu aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 26-da ümumi çəkisi 6 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 35 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 26-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 26-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi son 25 gün ərzində 165 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən may ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 24 əməliyyat keçirib. Nəticədə 26 nəfər və 2 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 9-u ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər olublar. Əməliyyatlarla “qara bazar”-da dəyəri 3 milyon manat olan 165 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, heroin, metamfetamin, tiryək, 9900 ədəd psixotrop tərkibli metadon, tramadol, lirika həbi ələ keçirilib.Araşdırmalarla müəyyən edilib ki, saxlanılanlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən qanunsuz yollarla ölkəmizə göndərilən narkotikləri maddi qazanc müqabilində əldə edərək müxtəlif ünvanlara yerləşdirməli imişlər.Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri respublikanın bütün bölgələrində fasiləsiz olaraq davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 57 cinayətin açılması təmin olunub
25.06.2024
İyunun 25-də ölkə ərazisində qeydə alınan 46, əvvəlki dövrlərdən bağlı qalan 11 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Buzovna qəsəbəsində bir evin həyətinə girərək ev sahibinə qarşı quldurluq etməkdə şübhəli bilinən R.Hüseynli və C.Əkbərov saxlanılıblar
İyunun 23-ü gecə saatlarında Buzovna qəsəbəsində bir evin həyətinə girən 2 maskalı şəxs ev sahibinə kəsici alətlə xəsarət yetirərək onun mobil telefonunu aparıblar. Daxil olan məlumatla əlaqədar Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən R.Hüseynli və C.Əkbərov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.