Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
23.06.2024
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 22-də və 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 5 tüfəng, 5 patron darağı və 41 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 12 ədəd tüfəng aşkar edilərək götürülüb.
İyunun 22-də və 23-də ümumi çəkisi 19,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 22-də və 23-də ümumi çəkisi 19,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 22-də və 23-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 22-də və 23-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 44 cinayətin açılması təmin olunub
22.06.2024
İyunun 22-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxtın müxtəlif ərazilərində mobil telefon oğurlamaqda şübhəli bilinən şəxslər saxlanıldı
İyunun 21-də Şıx çimərliyində bir qadının içərisində mobil telefonu olan çantasının oğurlanması barədə polisə məlumat daxil olub. Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən S.Zeynalov müəyyən olunaraq saxlanılıb.Səbail RPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon əraizisində yerləşən marketlərin birində qadına məxsus mobil telefonu oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb.Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən avtoyuma məntəqəsində bir nəfərin 3500 manat dəyəri olan mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş R.Səfərov saxlanılıb. Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən kafedə bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən V. Şıxəliyev və O.Xurşudlu saxlanılıblar.Faktlarla bağlı araşdırma aparılır.
Səbail rayonu ərazisində yerləşən restoranların birindən pul oğurlamaqda şübhəli bilinən E.İsmayılov saxlanılıb
Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 22-də rayon ərazisində yerləşən restoranların birindən 4800 manat pul oğurlamaqda şübhəli bilinən E.İsmayılov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Bir nəfərin bank kartından 306 manatını oğurlamaqda şübhəli bilinən qadın müəyyən edilərək saxlanılıb
İyunun 18-də bir nəfərin bank kartından 306 manatının oğurlanması barədə Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə məlumat daxil olub. Araşdırmalarla taksidə olan qadının zəng etmək adı ilə aldığı telefondan mobil tətbiq vasitəsilə 306 manat oğurlayaraq öz hesabına köçürməsi məlum olub. Keçirilən tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 1992-ci il təvəllüdlü qadın müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Qax rayonunun Kötüklü kənd dəmir yolu stansiyası ərazisində yabanı bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Qax rayonunun Kötüklü kənd dəmir yolu stansiyası ərazisində yabanı bitmiş çəkisi 1 tondan artıq olan 2460 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Tərtər rayonunun Hüsənli kənd sakini Z.Mirzəyevə məxsus həyətyanı sahədən çətənə kolları aşkarlanaraq götürülüb
Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Hüsənli kənd sakini Z.Mirzəyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 35 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Araşdırma aparılır.