Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Abşeron rayonunda keçirilən əməliyyatlar zamanı 64 odlu silah və əl qumbaraları aşkarlanıb
22.06.2024
Abşeron rayonunda vətəndaşlar 64 odlu silah, 33 əl qumbarasını polisə könüllü təhvil veriblər.Abşeron Rayon Polis İdarəsi və ərazi polis orqanlarının əməkdaşları tərəfindən ötən gün hüquqpozmalara qarşı növbəti əməliyyat-profilaktik tədbirlər keçirilib. Vətəndaşlarla aparılan profilaktik söhbətlərin nəticəsi olaraq 11-i Kalaşnikov avtomatı, 3-ü tapança və 50-si ov tüfəngi olmaqla qanunsuz saxlanılan ümumilikdə 64 odlu silah, 33 əl qumbarası və müxtəlif çaplı patronlar polisə könüllü təhvil verilib. Narkotiklərin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı keçirilən əməliyyatlar zamanı isə 10 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitə və çətənə kolları çıxarılıb.Abşeron rayonunda oğurluq və digər cinayətlərin törədilməsinə görə axtarışda olan 9 nəfər saxlanılıb, “isti izlərlə” 26 cinayətin üstü açılıb. Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 188, xırda xuliqanlıq və talama ilə əlaqədar 93 fakt aşkarlanıb, mülki axtarışda olan 29 nəfər müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilib.Bununla yanaşı, Abşeron RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı yol hərəkəti qaydalarını pozan 315, spirtli içki və narkotiklərin təsiri altında avtomobil idarə edən 6, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edən 18, dayanma-durma qaydalarını pozan 216 sürücü inzibati məsuliyyətə cəlb edilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 47 cinayətin açılması təmin olunub
21.06.2024
İyunun 21-də ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 12 qumbara, 145 patron və 12 ədəd alışdırıcı təhvil götürüblər. Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 ədəd tüfəng də aşkar edilərək götürülüb.
Ümumi çəkisi 18,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 21-də ümumi çəkisi 18,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 21-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 21-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Binəqədi rayonu ərazisində bir qadının əl çantasını quldurluq yolu ilə talamaqda şübhəli bilinən qrupun digər üzvü də saxlanılıb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 18-də axşam saatlarında Binəqədi rayonu ərazisində bir qadının içərisində 5000 manat pulu olan əl çantasını quldurluq yolu ilə talamaqda şübhəli bilinən qrupun digər üzvü Ə.Əjdərov da müəyyən olunaraq saxlanılıb.
Lökbatan qəsəbəsi ərazisində yerləşən marketlərin birindən seyfdən 3075 manat pul oğurlamaqda şübhəli bilinən E.Həsənli saxlanılıb
İyunun 21-i axşam saatlarında Lökbatan qəsəbəsi ərazisində yerləşən marketlərin birindən seyfdən 3075 manat pul oğurlanması barədə polisə məlumat daxil olub.Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən E.Həsənli müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Nərimanov rayonu ərazisində yerləşən 2 marketdən oğurluq etməkdə şübhəli bilinən T.Cəfərov və A.Məmmədov saxlanılıblar
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə ayrı-ayrı vaxtlarda rayon ərazisində yerləşən 2 marketdən ümumilikdə 370 manat dəyərində məhsul oğurlamaqda şübhəli bilinən T.Cəfərov və A.Məmmədov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Samux rayonunun Sərkar kəndi ərazisində E.Əhmədovun yetişdirdiyi çətənə kolları və 100 qram marixuana aşkar olunaraq götürülüb
Samux Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş E.Əhmədovun Sərkar kəndi ərazisində kultivasiya yolu ilə yetişdirdiyi 12 ədəd çətənə kolu və 100 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.