Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Polisin qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlərlə daha 25 əcnəbi saxlanılıb
28.06.2024
Bakı şəhərində müxtəlif ünvanlarda ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan əcnəbilərə qarşı DİN-in BPQMİ-nin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Nəticədə müxtəlif ölkələrin vətəndaşı olan daha 25 nəfər qeyd edilən qanun pozuntusuna yol verdikləri üçün saxlanılıblar. Araşdırma zamanı həmin əcnəbilərin pul müqabilində guya ölkəmizdən tranzit kimi istifadə olunmaqla qeyri-leqal yollarla Avropa ölkələrinə keçidinin təmin ediləcəyi vədi ilə dələduzluğa məruz qalmaları müəyyən edilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib. Qeyd edək ki, DİN-in BPQMİ-nin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2024-cü ilin əvvəlindən keçirilən tədbirlərlə ölkə ərazisində yaşama hüququ verən sənədləri olmayan 127 əcnəbi vətəndaş müəyyən edilib və barələrində müvafiq tədbirlər görülüb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub
27.06.2024
İyunun 27-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
A.Abbasov və İ.Piriyevdən marixuana aşkar olunaraq götürülüb
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş A.Abbasov Zabrat dəmir yolu stansiyası ərazisində saxlanılıb. Ondan 360 qram marixuana aşkar olunaraq götürülüb. Xaçmaz dəmir yolu stansiyası ərazisində keçirilən tədbirlərlə saxlanılan İ.Piriyevdən isə 180 qram marixuana aşkar olunaraq götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.
Dələduzluqda şübhəli bilinən S.Mehdiyev və P.Vəlibəyov müəyyən olunaraq saxlanılıblar
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 2023-cü ilin mart ayında Yardımlı rayon sakini olan bir nəfərin 9000 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən S.Mehdiyev, Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə iyunun 10-da Bakı şəhər sakini olan bir nəfərin 4000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən P.Vəlibəyov müəyyən olunaraq saxlanılıblar.Hər iki faktla bağlı araşdırma aparılır.
Binəqədi rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 25-də rayon ərazisindəki mağazaların birindən 2700 manat pul oğurlamaqda şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Binəqədi rayonu ərazisində bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən S.Əsədov saxlanılıb
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərə məxsus “Tufan” markalı mopedi oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş S.Əsədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Qobustan qəsəbəsi ərazisində yerləşən bir mağazada qəsdən yanğın törətməkdə şübhəli bilinən R.Musayev saxlanılıb
İyunun 26-da gecə saatlarında Qobustan qəsəbəsi ərazisində yerləşən bir mağazanın yanması ilə bağlı Qaradağ RPİ-nin 11-ci Polis Bölməsində aparılan araşdırmalarla yanğının qəsdən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Əmlakı qəsdən məhv etmədə şübhəli bilinən R.Musayev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Sabirabad rayonunda saxlanılan S.Ağayevdən marixuana aşkar olunaraq götürülüb
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılan S.Ağayevdən 205 qram marixuana aşkar olunaraq götürülüb.Polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri ilə E.Cəfərova məxsus “Daewoo” markalı avtomobilə baxış zamanı isə 320 qram marixuana götürülüb.Hər iki faktla bağlı araşdırma aparılır.
Sabirabad rayonunun Şəhriyar kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şəhriyar kəndi ərazisində yabanı halda bitmiş 1,8 ton çəkidə 2540 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Tovuz rayonunun Düz Cırdaxan kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Düz Cırdaxan kəndi ərazisində yabanı halda bitmiş 800 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.