Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Gün ərzində ölkə ərazisində qeydə alınan 47 cinayətin açılması təmin olunub
29.05.2024
Mayın 29-da ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Mayın 29-da polis itkin düşmüş kimi axtarışda olan 10 nəfəri tapıb
Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 15-də paytaxtın Nizami rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 37 yaşlı qadın, aprelin 16-da Beyləqan rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 32 yaşlı kişi, aprelin 18-də Xaçmaz rayonu ərazisində 4 azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 34 yaşlı qadın, mayın 6-da Naxçıvan şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 19 yaşlı qız, mayın 27-də Sumqayıt şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 18 yaşlı qız və mayın 27-də Şəmkir rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 54 yaşlı kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Bankomatlardan vətəndaşların pulunu oğurlayan şəxslər müəyyən edilib
Mayın 23-də metro stansiyalarından birinin ərazisində yerləşən bankomatda paytaxt sakini olan bir şəxsin bank kartından 300 manatının oğurlanması barədə polisə məlumat daxil olub.Oğurluq əməlini törətməkdə şübhəli bilinən 53 yaşlı qadın Metropolitendə Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Xəzər RPİ 3-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə mayın 26-da Binə qəsəbəsi ərazisində yerləşən bankomatda bir şəxsin bank kartından 300 manatını oğurlamaqda şübhəli bilinən M.Əliyev saxlanılıb. Onun mayın 19-da qəsəbə ərazisində digər bir şəxsin bank kartından 200 manatını oğurlaması da müəyyən olunub. Hər iki faktla bağlı araşdırma aparılır. Qeyd edək ki, polis əməkdaşları tərəfindən vətəndaşların kibermaarifləndirilməsi məqsədilə respublika ərazisində bankomatların, ödəmə terminallarının ətrafında, mağazalarda, eləcə də əhalinin sıx toplaşdığı digər məkanlarda məlumatverici lövhələr asılır, sakinlərə broşürlər paylanılır, onlarla maarifləndirici söhbətlər aparılır. Vətəndaşlara heç bir halda bank və digər şəxsi məlumatlarını qarşı tərəfə ötürməmələri, kiberdələduzların qurbanına çevrilməmələri üçün tanımadıqları şəxslərdən gələn mesaj və bildirişləri açmamaları barədə izahlar verilir. Bir daha hər kəsi diqqətli olmağa çağırır və bu cür hallarla üzləşdikləri təqdirdə dərhal polisə məlumat vermələrini tövsiyə edirik.
Abşeron rayonu ərazisində 5 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən bir qrup şəxs saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində 5 nəfərin 245 manat dəyərində məhsulunu, 125, 400, 50, 78 manat pullarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - B.Ağayev, T.Səmədov, R.Məmmədov və S.Hüseynov müəyyən olunaraq saxlanılıblar.Araşdırma aparılır.
Biləcəri qəsəbəsi ərazisindən “VAZ-2101” markalı avtomobili qaçırmaqda şübhəli bilinən R.Hüseynov avtomobillə birgə saxlanılıb
Mayın 28-nə keçən gecə Biləcəri qəsəbəsi ərazisindən “VAZ-2101” markalı avtomobilin qaçırılması barədə Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş R.Hüseynov avtomobillə birgə saxlanılıb.Araşdırma aparılır.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Mayın 29-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tüfəng və 1 patron darağı təhvil götürüblər. Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tüfəng aşkar edilərək götürülüb.
Mayın 29-da ümumi çəkisi 15,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 29-da ümumi çəkisi 15,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 9,7 kiloqrama yaxın marixuana və 6 kiloqrama yaxın metamfetamin olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 5 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının mayın 29-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Bakıda 43 ədəd kanalizasiya quyusunun dəmir barmaqlıqlarını oğurlayan şəxs saxlanılıb
Səbail rayonu ərazisində Bulvar İdarəsinə məxsus 43 ədəd kanalizasiya quyusunun dəmir barmaqlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub. Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətmiş 1985-ci il təvəllüdlü Əfqan Əhmədov saxlanılıb. Ondan oğurladığı dəmir barmaqlıqların bir hissəsi aşkarlanaraq götürülüb. Araşdırmalar aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 66 cinayətin açılması təmin olunub
28.05.2024
Mayın 28-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.