Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Goranboy rayonunun Hazırəhmədli kəndi ərazisindən yabanı bitmiş çətənə kolları aşkar olunaraq məhv edilib
28.06.2024
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Hazırəhmədli kəndi ərazisindən yabanı bitmiş 300 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Neftçala rayon sakini Z.Məcidova məxsus həyətyanı sahədən 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb
Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Z.Məcidova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Araşdırma aparılır.
Xızı rayonunun Sitalçay kənd sakini S.Səfərova məxsus həyətyanı sahədən çətənə kolları götürülüb
Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Sitalçay kənd sakini əvvəllər məhkum olunmuş S.Səfərova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Kürdəmir rayonunun Mürtülü kənd sakini S.Cəbrayılovdan marixuana götürülüb
Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Mürtülü kənd sakini S.Cəbrayılovdan 350 qram marixuana aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 4 tüfəng, 2 qumbara, 1 alışdırıcı, 5 patron darağı və 619 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. İyunun 28-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 3 tüfəng, 1 tapança, 1 patron darağı və 45 ədəd patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 16,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 28-də ümumi çəkisi 16,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,8 kiloqramdan artıq heroin, 9,6 kiloqramdan çox marixuana, 5 kiloqramdan artıq tiryək həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 22 ədəd çətənə kolu olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 28-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 28-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Yasamalda polisin keçirdiyi əməliyyatlar zamanı 10 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən may-iyun ayları ərzində keçirilən tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə bağlı 120 fakt müəyyən edilib. Qanunsuz dövriyyədən 6 kiloqram marixuana, 3 kiloqram heroin və 1 kiloqram psixotrop maddə metamfetamin çıxarılıb. Saxlanılanlar bir neçəsi narkotikləri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar fasiləsiz olaraq davam etdirilir.