Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
27.06.2024
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 27 ədəd tüfəng təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. İyunun 27-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1patron darağı və 29 ədəd patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 23,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 27-də ümumi çəkisi 23,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,3 kiloqrama yaxın heroin, 19,3 kiloqrama yaxın marixuana, 635 qrama yaxın tiryək, 105 qram metamfetamin, 100 ədəd metadon həbi, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 38 ədəd çətənə kolu olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 19 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 27-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 19 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 27-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gün ərzində ölkə ərazisində qeydə alınan 59 cinayətin açılması təmin olunub
26.06.2024
İyunun 26-da ölkə ərazisində qeydə alınan 47, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Sumqayıt şəhər sakininə qarşı dələduzluq etməkdə şübhəli bilinən M.Hüseynzadə müəyyən olunaraq saxlanılıb
Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə müraciət edən şəhər sakini bir nəfərin onu aldadaraq hesabına 3935 manat ödətdirməsini bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən M.Hüseynzadə müəyyən olunaraq saxlanılıb. Daha bir dələduzluq hadisəsi ilə bağlı Səbail RPİ 9-cu Polis Bölməsinə məlumat daxil olub. Bakı şəhər sakini olan bir nəfərin 79 manatını dələduzluq yolu ilə hesabına ödətdirməkdə şübhəli bilinən T.Nəcəfov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.Qax Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə isə rayon sakini olan bir nəfərin 100 manatını dələduzluq yolu ilə hesabına ödətdirməkdə şübhəli bilinən M.Həmidli müəyyən edilərək saxlanılıb.Faktlarla bağlı araşdırmalar aparılır.
Abşeron və Yasamal rayonları ərazilərində marketlərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Abşeron və Yasamal rayonları ərazilərində marketlərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 3 marketdən ümumilikdə 615 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar D.Abdullayev, T.Təhməzov və bir qadın saxlanılıblar.Araşdırmalar aparılır.
Abşeron rayonu ərazisində 3 evdən oğurluq etməkdə şübhəli bilinən H.Əhmədov saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində 3 evdən ümumi dəyəri 7300 manatdan çox olan məişət əşyaları, mobil telefon, noutbuk və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən H.Əhmədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində yerləşən bərbər salonlarının birindən mobil telefon oğurlamaqda şübhəli bilinən S.Əsədov saxlanılıb
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən bərbər salonlarının birindən orada işləyən bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş S.Əsədov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.