Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Füzuli rayonunun Qacar kəndi ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
21.06.2024
Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qacar kəndi ərazisində yabanı halda bitmiş 3,2 ton çəkidə 6832 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Tovuz rayonunun Abulbəyli kəndinin ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları Abulbəyli kəndinin ərazisində yabanı halda bitmiş 600 ədəd çətənə kolu aşkar edərək məhv ediblər.
Ağsu rayonu ərazisində yabanı halda bitmiş çətənə kolları məhv edilib
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində yabanı halda bitmiş 1,6 ton çəkidə 3127 ədəd çətənə kolunu aşkar edərək məhv ediblər.
Ölkəyə qaçaqmalçılıq yolu ilə 60 kiloqram marixuana gətirən 3 narkokuryer saxlanılıb
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən paytaxt ərazisində keçirilən növbəti tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Tələt Muradov, Şahlar Qasımov və Famil Əliyev saxlanılıblar.Saxlanılanların üzərindən, ev və avtomobilindən 60 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, heroin, metamtefamin, 8780 ədəd metadon həbi və narkotiklərin satışında istifadə olunan elektron tərəzilər aşkarlanıb.Araşdırmalarla müəyyən edilib ki, T.Muradov, Ş.Qasımov və F.Əliyev “Sübhan” və “Razi” adlı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə əlbir olaraq ölkəyə narkotiklərin gətirilməsini təşkil ediblər. Saxlanılan şəxslər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri Sumqayıt şəhərində dəniz kənarından əldə etdiklərini bildiriblərHər üç şəxs narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə Bakı şəhərində ayrı-ayrı ünvanlara yerləşdirməli imişlər. T.Muradov, Ş.Qasımov və F.Əliyev ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olublar.Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 121 cinayətin açılması təmin olunub
20.06.2024
İyunun 20-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 70 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 18 avtomat silahı, 1 tapança, 47 tüfəng, 33 qumbara, 31 alışdırıcı, 4 patron darağı və 444 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilərək götürülüb
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir. İyunun 20-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 avtomat silahı, 2 tapança, 3 patron darağı və 15 ədəd patron aşkar edilərək götürülüb.
Ümumi çəkisi 1,2 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 20-də ümumi çəkisi 1,2 kiloqrama yaxın narkotik vasitə, həmçinin 29 ədəd metodon həbi və 21 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyunun 20-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.