Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Dələduzluğa görə axtarışda olan 8 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib
22.05.2024
Polis əməkdaşlarının mayın 22-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər şəxs saxlanılaraq istintaqa təhvil verilib.
İtkin düşmüş 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil veriliblər
Daxil olmuş müraciətlər əsasında mayın 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 11-də Ucar rayonunun Qazıqumlaq kəndində itkin düşmüş 1995-ci il təvəllüdlü kişi, aprelin 27-də Şəki rayonunda itkin düşmüş 1999-cu il təvəllüdlü qadın, mayın 7-də Maştağa qəsəbəsində itkin düşmüş 1999-cu il təvəllüdlü qadın, mayın 16-da Binəqədi rayonu ərazisində itkin düşmüş 1965-ci il təvəllüdlü kişi, mayın 17-də Bülbülə qəsəbəsində itkin düşmüş 1959-cu il təvəllüdlü kişi və mayın 21-də Buzovna qəsəbəsində itkin düşmüş 2002-ci il təvəllüdlü kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.
Dələduzluq etməkdə şübhəli bilnən şəxslər saxlanılıblar
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cari ilin fevral-mart aylarında Yasamal rayonu ərazisində paytaxt sakini olan bir qadının 144.000 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Ə.Ələsgərov, O.Əliyev və T.Paşayev müəyyən olunaraq saxlanılıblar. Sumqayıt şəhərində bir nəfər şəxsin 500 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş N.Mirzəyev, digər bir nəfərin isə 900 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən N.Qurbanzadə və F.Əmirov saxlanılıblar.Hər üç faktla bağlı araşdırma aparılır.
Paytaxt sakini olan 3 nəfəri aldadaraq hesabına ümumilikdə 1950 manat pul ödətdirməkdə şübhəli bilinən K.Abuşov müəyyən olunaraq saxlanılıb
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda paytaxt sakini olan 3 nəfəri aldadaraq hesabına 450 manat, 700 manat və 800 manat olmaqla ümumilikdə 1950 manat pul ödətdirməkdə şübhəli bilinən, 2001-ci il təvəllüdlü K.Abuşov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən B.Mikayılovdan metamfetamin də aşkar olunaraq götürülüb
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 21-də rayon ərazisində “Mercedes” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş B.Mikayılov saxlanılıb. Ondan metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Oğurluqda şübhəli bilinən S.Əliyev saxlanılıb
Sumqayıt ŞPİ 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə H.Z.Tağıyev qəsəbəsi ərazisində binaların birinin girişindən velosiped, bir evdən isə pul oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş S.Əliyev saxlanılıb.Araşdırma aparılır.
Mağazaların birindən qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 22-də 17-ci məhəllənin ərazisində yerləşən mağazaların birindən qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb.Araşdırma aparılır.
Marşrut avtobusunda bir qadının çantasını oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Hökməli qəsəbəsi ərazisində marşrut avtobusunda bir qadının içərisində geyim və məişət əşyaları olan çantasını oğurlamaqda şübhəli bilinən qadın saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 65 cinayətin açılması təmin olunub
21.05.2024
Mayın 21-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. Mayın 21-də polis əməkdaşları 2 ədəd tüfəng təhvil götürüblər. Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 avtomat silahı, 1 tüfəng, 1 patron darağı və 30 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.