Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Xaçmaz dəmiryolu stansiyası ərazisində keçirdikləri tədbirlərlə saxlanılan A.Hüseynovdan marixuana götürülüb
20.06.2024
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının Xaçmaz dəmiryolu stansiyası ərazisində keçirdikləri tədbirlərlə saxlanılan A.Hüseynovdan 295 qram marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Bir nəfərin bank kartından 628 manatını oğurlamaqda şübhəli bilinən S.Ələkbərov və M.Haxverdiyev saxlanılıblar
İyunun 17-də bir nəfərin bank kartından 628 manatının oğurlanması barədə Nərimanov RPİ-nin 17-cin Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən S.Ələkbərov və M.Haxverdiyev müəyyən olunaraq saxlanılıblar.Araşdrırma aparılır.
İki nəfəri aldadaraq hesabına 25 və 15 manat pul ödətdirməkdə şübhəli bilinən O.Bağırov saxlanılıb
Səbail RPİ-nin 41-ci Polis Bölməsinə müraciət edən 2 nəfər bir şəxsin onları aldadaraq hesabına 25 və 15 manat pul ödətdirməsini bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən O.Bağırov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Binə qəsəbəsi ərazisində “Toyota” markalı avtomobili yandırmaqda şübhəli bilinən R.Nəzərov saxlanılıb
İyunun 16-da gecə saatlarında Binə qəsəbəsi ərazisində “Toyota” markalı avtomobilin yanması ilə bağlı Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsində aparılan araşdırmalarla avtomobilin qəsdən yandırılmasına əsaslı şübhələr müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən R.Nəzərov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
H.Z.Tağıyev qəsəbəsi ərazisində “Niva” markalı avtomobilin şüşələrini sındırmaqda və salonunu yandırmaqda şübhəli bilinən A.Rəhimov saxlanılıb
İyunun 19-da axşam saatlarında H.Z.Tağıyev qəsəbəsi ərazisində “Niva” markalı avtomobilin şüşələrinin sındırılması, iyunun 20-si gecə saatlarında isə salonunun yandırılması barədə Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən A.Rəhimov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub
19.06.2024
İyunun 19-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Binəqədi rayonu ərazisində bir qadının içərisində 5000 manat pulu olan əl çantasının quldurluq yolu ilə talamaqda şübhəli bilinən iki şəxs saxlanılıb
İyunun 18-də axşam saatlarında Binəqədi rayonu ərazisində bir qadının içərisində 5000 manat pulu olan əl çantasının quldurluq yolu ilə talanması barədə Binəqədi RPİ 7-ci Polis Bölməsinə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən E.Məcidzadə və bir qadın müəyyən olunaraq saxlanılıb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Hövsan qəsəbəsi ərazisində yerləşən marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Ə.Məmmədov saxlanılıb
Hövsan qəsəbəsi ərazisində yerləşən marketlərin birindən tütün məmulatı və orada quraşdırılan ödəmə terminalından pul oğurlanması barədə Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə məlumat daxil olub.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Ə.Məmmədov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində bir nəfərə məxsus skuterin mühərrikini oğurlamaqda şübhəli bilinən A.Qəniyev saxlanılıb
Qaradağ RPİ-nin 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyunun 18-də Lökbatan qəsəbəsinin ərazisində bir nəfərə məxsus skuterin mühərrikini oğurlamaqda şübhəli bilinən A.Qəniyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Gəncə şəhəri ərazisindəki evlərin birindən məişət əşyaları oğurlamaqda şübhəli bilinən A.Hacıyev saxlanılıb
Gəncə ŞBPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisindəki evlərin birindən 1500 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən, əvvəllər də oğurluq əməlinə görə məhkum olunmuş A.Hacıyev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.