Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 17,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
01.07.2024
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 1-də ümumi çəkisi 17,9 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
İtkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyulun 1-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə itkin düşmüş kimi axtarışda olan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Yeni Günəşlidə narkotiklərin satışı ilə məşğul olan şəxsdən 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb
Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Orxan Həsənov saxlanılıb. Ondan 6 kiloqram marixuana və 1 kiloqram tiryək aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, O.Həsənov şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq ölkəyə narkotiklərin gətirilməsini təşkil edib.Bundan başqa 33-cü PB əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlərlə Yeni Günəşli və Zığ qəsəbə sakini olan iki nəfər qanunsuz saxladıqları 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd tüfəng və 5 ədəd patronu könüllü təhvil veriblər. Qeyd edək ki, 33-cü PB əməkdaşlarının ilin əvvəlindən keçirdikləri əməliyyat və profilaktik tədbirlərlə 14 tüfəng, 5 avtomat və 1 ədəd “Makarov” tapançası aşkarlanıb. Qanunsuz dövriyyədən 11 kiloqram narkotik vasitə çıxarılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması təmin olunub
30.06.2024
İyunun 30-da ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Metro stansiyasında bir nəfərin cibindən pulqalbısını oğurlamaqda şübhəli bilinən B.Hüseynov saxlanılıb
Metropolitendə Polis İdarəsinə metro stansiyasında bir nəfərin cibindən içərisində 600 manat, bank kartı və sənədlər olan pulqalbısının oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş B.Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xırdalan şəhəri ərazisində avtomobildən pulqabı oğurlamaqda şübhəli bilinən M.Bəkirov müəyyən olunaraq saxlanılıb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhəri ərazisində “Mercedes” markalı avtomobildən içərisində 300 manat, bank kartı və sənədlər olan pulqabı oğurlamaqda şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş M.Bəkirov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Xaçmaz rayonunun Arzu kənd sakini Ə.Novruzova məxsus həyətyanı sahədən çətənə kolları götürülüb
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Arzu kənd sakini Ə.Novruzova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 166 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silahlar təhvil götürülüb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir. İyunun 29-da və 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 avtomat silahı, 4 tapança, 1 qumbara, 15 tüfəng, 8 patron darağı və 517 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Ümumi çəkisi 216 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 29-da və 30-da ümumi çəkisi 216 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 210,1 kiloqramdan çox marixuana , 2,5 kiloqramdan artıq heroin, 1,6 kiloqramdan çox metamfetamin, 1,8 kiloqrama yaxın həşiş, həmçinin 1365 ədəd metadon həbi və kultivasiya yolu ilə yetişdirilmiş 474 ədəd çətənə kolu olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.